Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:12 | 3 iyul 2014 | Cümə axşamı
Məqaləyə 1302 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Almaniya Berlində Ukrayna və Rusiya arasında aparılan danışıqlara vasitəçilik edəcək. ABŞ Şərqi Ukraynada separatçılara yardım etdiyinə görə Rusiyaya xəbərdarlıq edib. Bu barədə «Deutsche Welle» məlumat verir.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Kiyev və rusyönümlü separatçılar arasında yeni atəşkəs əldə olunacağına ümid edir. İyulun 2-də o, Ukrayna, Rusiya və Fransa diplomatlarının Berlindəki danışıqlarına vasitəçilik edəcək.
Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin və Fransanın xarici işlər naziri Loran Fabius günorta keçiriləcək görüşə dəvət olunublar. Sergey Lavrov bu təşəbbüsü bəyənib.
Xatırladaq ki, iyulun 1-də Ukrayna hökuməti 10 günlük qısamüddətli atəşkəsə son qoyub. Ukrayna tankları və qırıcı təyyarələri rusyönümlü separatçılara qarşı yenidən hücuma keçiblər. Poroşenko separatçıları atəşkəsdən sui-istifadə etməkdə günahlandırıb.
Bundan əlavə, Ukrayna hərbi qüvvələri rusyönümlü separatçıların şərq bölgələrindəki qərargahlarına zərbələr endiriblər. Poroşenko bildirib ki, atəşkəsi yeniləməyin yerinə, Ukraynanı «parazitlərdən» təmizləməyə davam edəcək.
ABŞ xəbərdarlıq edib
ABŞ dövlət departamentinin yaydığı bəyanata görə, iyulun 1-də ABŞ dövlət katibi Con Kerri telefonda Lavrovla danışıb. O, atəşkəsin uzadılması üçün rusların dəstəklədiyi separatçıların lazımi addım atmamasından «dərin narahatlığını» bildirib. «Con Kerri gərginliyin azaldılması üçün lazımi addımların atılmasının vacibliyini və Vaşinqtonun rəsmi Kiyevə dəstəyini vurğulayıb», - bəyanatda deyilir.
Vaşinqtonun istəyi budur ki, Moskva separatçılardan silahları yerə atmağı, əllərində saxladıqları sərhəd-keçid məntəqlərini təhvil verməyi və qalan girovları sərbəst buraxmağı tələb etsin.
«Biz, həmçinin avropalı və beynəlxalq həmkarlarımız Rusiyanın separatçılara dəstəyini və silah göndərməsini dayandırması üçün təzyiqləri davam etdirəcəyik», - Kerri deyib.
Kreml Rusiyanın separatçıları dəstəkləməsi ilə bağlı iddiaları rədd edir. Putin münaqişənin həlli üçün heç bir səy göstərməsə, Rusiyanın maliyyə və enerji sektoru dağıdıcı sanksiyalarla üzləşəcək.
***
Qorlovkanın qondarma meri Volodimir Kolosnyuk Zaporojyedə silah almaq danışıqları apararkən Ukrayna xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Onun 124 000 avro məbləğındə silah almaq üçün danışıqlar apardığı bildirilir. Kolosnyuka qarşı «terrorist dəstə yaratmaq» ittihamı ilə cinayət işi açılacağı gözlənilir.
***
İyulun 1-də Ukrayna hökuməti 10 günlük qısamüddətli atəşkəsə son qoyub. Hökumət yenidən separatçılara qarşı hücuma keçib. Məlumatı «Deutsche Welle» yayıb.
Çərşənbə axşamı Ukraynanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksey Dmitraşivskiyin bildirdiyinə görə, atəşkəs sona çatan kimi Ukrayna «ağır artilleriya və hava hücumlarına» davam edib.