vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 14 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
«Deyəcəklər Azərbaycan Əfqanıstan kimi ölkədir» 11:52 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1388 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Deyəcəklər Azərbaycan Əfqanıstan kimi ölkədir»

Əli Həsənov gənclərin üzərilərinə düşən vəzifələrdən danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xaricdə də Azərbaycan haqqında deyecəklər ki, bura da Əfqanıstan kimi bir yerdir». ANS PRESS-in məlumatına görə, bu sözləri «Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu» ictimai birliyinin (ASAİF) 12-ci Formunda çıxış zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sədri Əli Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanın dünya birliyində öz yerini tutması üçün görüləsi işlər çoxdur: «Gənclərimiz bu işdə səfərbər olmalıdırlar. Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar təhsil aldıqları ölkədə Azərbaycanın təbliğatı ilə məşğul olmalıdırlar. Dağlıq Qarabağ məsələsi bizim ümumi dərdimizdir. Gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması dayanmalıdır. Bununla yanaşı xalqımızın mədəni irsi də mədəniyyəti də dünyada tanıdılmalıdır. Xarici auditoriyaya ölkəmizi münaqişə yaşayan ölkə kimi tanımamalıdır. Onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini tanımalıdırlar. Gənclərimiz dərhal dostları ilə Dağlıq Qarabağ münaqişəsindən danışmağa başlasalar, onlar yaxşı həmsöhbət olmayacaqlar. Və gənclərimizi söhbətləri də o qədər effekt verməyəcək. Xaricdə də Azərbaycan haqqında deyəcəklər ki, bura da Əfqanıstan kimi bir yerdir. Onlar Qarabağ məsələsini ayrıca təbliğ etməlidirlər».