
Casus adlandırmaq marazı
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
... Və ya “böyük rus mədəniyyəti”nin arxasında gizlənən gerçək rus vəhşiliyi...
Cəbhəyə “babalar” göndərilir
Daha hansı Avropa ölkələrində qadınların hərbi xidmət keçməsi tələb olunur?
Rusiya ərazisində bütün qeyri-ruslara qarşı etirazlar baş qaldırır
İmperiya təkcə siyasi xəritədən silinməyəcək
Tətil kompleksinin açılışını ruslar edəcək
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
... Yaxud Kremlin bitməyən tezisləri
Putin Leinini niyə sevmir?
Gələn həftənin əvvəlində Rusiyanın 30-a yaxın hərbi gəmidən ibarət dəniz qruplaşması Aralıq dənizinin şərq hissəsində, Suriya sahillərində olacaq.
Virtualaz.org beynəlxalq informasiya agentliklərinə istinadən xəbər verir ki, NATO ölkələri Rusiyanın Aralıq dənizində bu misli görünməmiş hərbi aktivliyini ciddi narahatlıqla izləyirlər.
Rusiya hərbi komandanlığı elan edib ki, «Admiral Kuznetsov» təyyarədaşıyan gəmisinin başçılığı ilə Şimal donanması Aralıq dənizinə doğru istiqamət alıb. Bu, Rusiyanın malik olduğu yeganə təyyarədaşıyan gəmidir. Murmansk sahillərindən yola çıxan «Admiral Kuznetsov» və onu müşaiyət edən gəmilər Böyük Britaniya ilə Fransanı ayıran dar Pa-de-Kale körfəzindən, habelə La Manş boğazından keçiblər. Gəmiləri izləmək üçün Norveç kəşfiyyatçı təyyarələri havaya qaldırıb. Habelə Böyük Britaniyanın «Tornado» qırıcıları «Admiral Kuznetsov»un üzərindən alçaqdan uçuşlar həyata keçirib. Gəmi qruplaşmasının La Manş boğazından keçməsini Britaniya telekanalları canlı yayımlayıb.
«Bu, sadəcə olaraq güc nümayişidir. Hazırda biz Rusiya donanmasında döyüş qabiliyyətli nə varsa hamısının Suriyaya istiqamət aldığını görürük»-Norveç silahlı qüvvələrinin Komanda məktəbindən Tomas Slensvik deyib.
«Admiral Kuznetsov» təyyarədaşıyanını 7 köməkçi gəmi və 1, yaxud 2 sualtı qayıq müşaiyət edir. O cümlədən Baltik donanmasının əsas hissəsi Aralıq dənizinə doğru yola çıxıb və tezliklə «Admiral Kuznetsov»un başçılıq etdiyi qruplaşma ilə birləşəcək. Başqa sözlə, prezident Putin Rusiya donanmasında az qala üzə bilən nə varsa hamısını Suriyaya göndərib.
BBC qeyd edir ki, gəmi qruplaşmasının xüsusən Şimal dənizi və La Manş boğazı vasitəsilə göndərilməsi Rusiya tərəfindən Qərbə dəqiq siqnaldır. «Əgər bütün gəmilər eyni vaxtda Aralıq dənizinin şərq sahillərində cəmləşsə bu, soyuq müharibənin başa çatmasından sonra Rusiya tərəfindən ən irimiqyaslı cəmləşmə olacaq»-Norveçin Komanda məktəbindən kapitan Slensvik yerli TV2 telekanalına bildirib.
Rusiya komandanlığı «Admiral Kuznetsov» təyyarədaşıyanı başda olmaqla Şimal donanmasının gəmilərinin üç günlük təlimə başlayacağı haqda Norveçi xəbərdar edib. Lakin təlimlərin başlamasından cəmi bir neçə saat sonra gəmilər Aralıq dənizinə doğru istiqamət alıb. Birinci dəfə deyil ki, Rusiya ordusu hansısa qəfil həmlə üçün hərbi təlimlərdən görüntü kimi istifadə edir.
Rusiya bu qədər hərbi gəmini Suriya sahillərinə cəmləşdirməsinin məqsədini açıqlamır. Lakin Qərb analitikləri ehtimal edir ki, məqsəd Suriyanın üsyançıların və radikal islamçıların nəzarətində olan ikinci böyük şəhəri Hələbə həlledici zərbəni endirməkdir. Rusiya aviasiyası həftələrdir Hələbi bombalayır, şəhər mühasirədədir və xarabalıqlara çevrilib. Rusiya aviasiyasının endirdiyi bomba zərbələri nəticəsində Hələbdə dinc əhalinin qırılması Qərbdə Moskvanın hərbi cinayətlərdə ittiham olunması ilə nəticələnib. Belə görünür ki, Rusiyanın Hələbdə hərbi cinayətlər törətdiyi barədə bəyanatların artması Moskvanı bombardmanları dayandırmağa və yaraqlılara şəhərdən çıxmaq üçün dəhliz açmağa vadar edib. Lakin gözlənilir ki, ABŞ-da prezident seçkilərinə az qalmış Rusiya Hələbdə qələbəni bayram etməyə çalışır və bu məqsədlə hava zərbələrini artıracaq.
Hələbin bir hissəsi mötədil müxaliflərin, bir hissəsi isə «Əl-Qaidə»yə bağlı «Ən-Nüsra Cəbhəsi»inin nəzarətindədir. Bəşər Əsədin ordusu, "Hizbullah", Rusiya muzdluları şəhərə qurudan hücum edir, havadan isə Rusiya aviasiyası və Əsədin hava qüvvələrinin qalıqları şəhərə zərbələr endirir. Buna baxmayaraq yaraqlıların müqavimətini sındırmaq hələ mümkün olmayıb. Bu gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, 1200-ə qədər yaraqlı Hələbdəki döyüşçülərə köməyə gəlib.