Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:12 | 26 oktyabr 2016 | Çərşənbə
Məqaləyə 2147 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Demokratların ABŞ prezidentliyinə namizədi Hillari Klintonun Suriya planı qəbul edilsə, Rusiyayla ciddi qarşıdurmaya, hətta 3-cü Dünya müharibəsinə səbəb ola bilər. Bunu respublikaçıların namizədi Donald Tramp deyib.
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper də eyni fikri söyləyib. Klapper bildirib ki, onlar Suriya ərazisində qeyri-uçuş zonasının yaradılmasında israr edərlərsə, Rusiya ABŞ tərəfdən təhlükə hiss edərsə, onun təyyarələrini vurmaqdan çəkinməz. O deyib ki, Rusiya Suriyaya güclü havadan müdafiə sistemi yerləşdirib və bu sistemdən istifadə etməyə bilməz.
Klintonun da tərəfdar olduğu qeyri-uçuş zonası barədə təklifi Obama administrasiyası Rusiyayla qarşıdurmaya getməməkdən ötrü qəbul etməyib.
Bu təklifin tərəfdarı təkcə Klinton deyil. Trump-ın həmkarı, respublikaçıların vitse-prezidentliyə namizədi Mike Pence də belə yanaşma ilə çıxış edib. Amma Tramp oktyabrın 25-də «Reuters» agentliyinə müsahibəsində deyib ki, «Klintona qulaq assanız, 3-cü Dünya müharibəsinin şahidi olacaqsınız».
«Siz daha Suriyayla vuruşmursunuz. Siz Suriya, Rusiya və İranla döyüşürsünüz. Rusiya isə nüvə ölkəsidir və bu ölkədə nüvə silahları ona qarşı çıxan ölkələrə doğru çevrilir», - Donald Tramp deyib.