Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
23:16 | 30 oktyabr 2016 | Bazar
Məqaləyə 813 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Rəy sorğularının nəticələri göstərir ki, Amerikanın xristian yevangelistləri prezidentliyə Respublikaçı namizəd Donald Trampın qadınlarla bağlı işlətdiyi nalayiq ifadələrə baxmayaraq milyarder daşınmaz əmlak maqnatına səs verməyi planlaşdırırlar. Tramp bu ilin əvvəli praymerilərdə iştirak edəndə «xristian sağçılar» kimi tanınan yevangelistlərin tanınmış liderləri onu tənqid edirdilər, ancaq indi onların əksəriyyəti Trampın əxlaqsız davranışları olduğuna dair tənqidlərə baxmayaraq onu dəstəkləyir.
Bir aralar bir çox mühafizəkar xristian Donald Trampı dəstəkləməkdən çəkinirdi, amma o zamandan bəri çox şey dəyişib.
İndi, bir çox qadının Trampı cinsi zorakılıqda günahlandırmasına baxmayaraq, rəy sorğuları mühafizəkar xristinaların 65 faizinin onu dəstəklədiyini göstərir.
«Mən ona bəraət qazandırmıram. Amma bir çox kişinin ondan qat-qat pis davranışları olduğu halda Trampın qınanmasını da anlamıram,» deyə xristian Tramp tərəfdarı Xulio bildirir.
«Bəzən o lazım olandan çox danışır, amma onun məqsəd və dəyərləri mənimki ilə uyğunlaşır,» deyə bir digər xristian Tramp tərəfdarı Alan bildirir.
Bu seçicilərin çoxu üçün üstün olan bir məsələ var.
«Mənim üçün vacib olan abortun qadağan edilməsi məsələsini bir tək Donald Tramp dilə gətirdi,» deyə xristian Tramp tərəfdarı Rendi bildirir.
Lakin bir çox xristian qadın da Trampın söylədiklərindən təhqir olunub və Hillari Klintona səs verməyi planlaşdırır.
«Mən onun söylədiklərinə inanmıram. Məncə o qadınlara hörmət etmir,» deyə xristian Klinton tərəfdarı Klaudiya bildirir.
Bu yaxınlarda Rays Universitetində keçirilən forumda, din və siyasət üzrə ixtisaslaşan alimlər prezident seçkisini müzakirə ediblər.
Professor Dayen Uinston deyir ki, bir çox xristian Trampın mənəvi səhvlərini göz ardı edir.
«O, bu insanların elementar sosial və siyasi mövqelərini dəstəkləyir. Özü amoral olsa da, onun mənəviyyat gündəmi var,» deyə Uinston bildirir.
Uinstonun dediyinə görə, yevangelistlər arasındakı fikir ayrılığı irsi fərqlərə əsaslanır.
«Əksər rəy sorğuları nəticələrinə əsasən, ağdərili yevangelistlərin 60-70 faizi Trampa səs verəcək. Qaradərili yevangelistlərin əksəriyyəti isə Klintona səs verəcək.»
Brukinqs İnstitutunun apardığı son araşdırma onu göstərir ki, mənəviyyatla bağlı məsələlərin ağ yevangelistlər üçün o qədər də ciddi əhəmiyyəti yoxdur.
2011-ci ildə onların yalnızca 30 faizi şəxsi mənəviyyatın əxlaqdan fərqli olduğunu düşünürdü, son rəy sorğuları isə bu rəqəmin 72 faiz olduğunu göstərir.
Bu insanların və onların dini liderlərinin fikirləri cəmiyyətdəki dəyişiklər və iqtisadi şəraitə görə dəyişir.
San-antoniolu tədqiqatçı Patton Dodd deyir ki, Trampın «məşhur» statusu da bu seçicilərin dəstəyini qazanmağa yardım edib.
«Onlar təkcə keşişlərinin dediklərini dinləyib, müvafiq olaraq hərəkət etmirlər. Başqaları kimi onlar da pop mədəniyyətlə maraqlanırlar,» deyə o bildirir.
Bunun seçkilərə necə təsir göstərəcəyi isə səslər hesablanandan və nəticələrin təhlili başlayandan sonra bilinəcək.