
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
Reallıq, yoxsa mif?
Azərbaycanlı milyarder yenə “boz kardinalla” çəkişir
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
Moskva İrəvana xəbərdarlıq etdi
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
Müharibənin “fitil”i çəkilə bilər
Kremlin ilginc ssenarisi işə düşür
ABŞ şirkəti 500 milyard dollar sərmayə qoyacaqdı
Putin Əsədə əmr verdi
Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının 2018-də pik həddə çatacağının anonsu verildi
Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?
... Yaxud Suriyanı qələbə kimi «oformit» eləmək Putinin nəyinə lazımdır?..
«Bir də baş qaldırsalar onlara elə zərbə endirəcəyik ki...»
Rusiya Mərkəzi Bankı açıq hücuma keçir
Rusiyanın məşhur neft şirkəti «Lukoyl»un aksiyalarının qiyməti çərşənbə günü keçirilən ticarət hərracında kəskin aşağı düşüb. Həmin tendensiya bu gün də davam edib. Başqa sözlə desək, şirkətin qiymətli kağızları Moskva birjalarında noyabrın 2-si 3,9 faiz, növbəti gün isə daha 1 faiz ucuzlaşıb.
Virtualaz.org Rusiya nəşri «Finans»a istinadən bildirir ki, bu, Kremlin şirkət tərəfindən yığılan valyuta ehtiyatlarına göz qoymasından sonra olub. Başqa sözlə, «Lukoyl» prezidenti Vahid Ələkbərov «Rosneft»lə bağlı dövlət başçısı Putinlə apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.
Xatırladaq ki, Kreml «Rosneft»in səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmağa hazırlaşır. Rusiya KİV-in yazdığına görə, prezident Vladimir Putin şirkətin səhmlərinin 19.5 faizini 700 milyard rubla (11 milyard dollara yaxın) almağı Vahid Ələkbərova təklif edib. Putin hətta oktyabrın 31-də Xəzərin şimal hissəsində, Həştərxan yaxınlığında «Lukoyl»un aktivlərinə daxil olan Filanovski adına neft yatağının istismarının başlaması münasibətilə keçirilən mərasimdə Vahid Ələkbərovu maşınına çağırıb və bu təklifi şəxsən ona çatdırıb.
Kremlə yaxın mənbənin bildirdiyinə görə, Putin azərbaycanlı oliqarxla maşında 20 dəqiqəyə yaxın söhbət edib.
Söhbət zamanı Ələkbərovun Putinin təklifinə necə reaksiya verdiyi məlum deyil. Məlum olan yalnız odur ki, bundan əvvəl V.Ələkbərov «Lukoyl»un «Rosneft»in səhmlərinin özəlləşdirilməsində iştirak etməyi planlaşdırmadığını bildirmişdi. Bu da nəticəsi…
Yeri gəlmişkən, «Lukoyl»un balansında bu ilin iyul ayına olan vəziyyətə görə 5.4 milyard dollar pul vəsaiti olub. Bu, indiki məzənnə ilə 340 milyard rubldur, yəni hökumətin büdcəni yamamaq üçün axtardığı vəsaitin yarısı.
Onu da qeyd edək ki, Ələkbərov 22,7 faiz payla «Lukoyl»un əsas səhmdarıdır.