Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
23:13 | 6 noyabr 2016 | Bazar
Məqaləyə 993 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
«The Guardian» qəzeti yazır ki, ABŞ seçkilərinə iki gün qalmış ölkənin bir çox məşhurları demokrat namizəd Hillari Klintonun kampaniyasına qoşulublar.
Məqalədə deyilir ki, respublikaçı namizədin son günlərdə qazandığı tərəqqi onunla xanım Klinton arasındakı populyarlıq fərqini 1, 8 faizə qədər azaldıb. Belə kiçik fərq seçkiyə 48 saat qalmış demokratları nigarançılıqdan xilas etmir.
Belə bir həlledici məqamda Hillari Klinton üzünü onu dəstəkləyən məşhurlara tutub və «Amerikanın müasir tarixində misli görünməmiş demaqoqun» - yəni Donald Trampın qarşısını almağa çağırıb.
«The Guardian» yazır ki, Trampa meyllənən Ohayo ştatında bazar günü keçirilən mitinqdə xanım Klintonu Klivland Kavaliers basketbol komandasının əfsanəvi oyunçusu LeBron Ceyms müşayiət edir.
Ötən cümə günü isə Jay Z və Beyons Klintona dəstək konserti veriblər. Bundan əvvəl demokratlar Filadelfiyada Stiv Vonderi və Mayamidə Cennifer Lopezi səfərbər etmişdilər.
Seçkilərdə adətən iki partiya arasında tərəddüd yaşayan Florida ştatında keçirilən mitinqdə xanım Klintonun vitse-prezidentliyə namizədi Tim Kayan ilə səhnədə rok ulduzu Jon Bon Jovi dayanıb.
Şənbə günü bu ştatda keçirdiyi mitinqdə Donald Tramp rəqibinin məşhurların dəstəyindən istifadə etməsini tənqid edib.
«The Guardian» yazır ki, «qadınların cinsi orqanından yapışması ilə lovğalan Tramp» Jay Z-in səhnədə söyüş işlətməsinə irad tutub.
«Mən ömrümdə ağzıma belə sözlər almamışam» - deyib Tramp.
Məqalədə deyilir ki, Trampın hədəflədiyi başqa ştatlarda da demokratların sanballı nümayəndələri səfərbər olublar.
Hətta prezident Barak Obamanın Klinton üçün kampaniya aparmaq məqsədilə Miçiqan, Nyu Hampşir və Pensilvaniya ştatlarına yollandığı xəbər verilib.
«The Guardian» yazır ki, bu arada xanım Klinton üçün yaxşı xəbərlər də gəlir. Nevada ştatında erkən seçkilərdə keçmiş birinci ledinin qalib gəldiyi xəbər verilib.
Respublikaçı Donald Tramp da xanım Klintona rəğbət bəsləyən ştatlara - Miçiqan, Kolorado və Virciniya ştatlarına səfər edir. Bundan başqa Tramp elan edib ki, Minnesota ştatına da baş çəkəcək. Burada respublikaçılar 1972-ci ildən bəri bir dəfə də olsun uğur qazana bilməyiblər.
Lakin Klintonun müşavirləri iddia edirlər ki, onlar FTB-nin açıqlamaları ilə bağlı Trampın qazandığı yüksəliş tempini tormozlaya biliblər.
Müşavirlər deyirlər ki, bir sıra ştatlarda erkən seçkinin nəticələri buralarda Trampın uğur imkanlarını sıfıra endirib.
«The Guardian» yazır ki, demokratlar həqiqətən də seçicilər arasında apardıqları təbliğat kampaniyaları ilə həmişə seçiliblər.
Klintonun müşavirləri deyirlər ki, onlar sentyabrda erkən seçki başlanandan bəri 8, 3 milyon seçici qapısını şəxsən döyüblər və 37 milyon telefon zəngi ediblər.
«The Guardian» yazır ki, son günlərdə aparılmış rəy sorğuları da böyük çaşqınlıq yaradır. Şənbə günü ölkə boyunca keçirilmiş üç rəy sorğusunun birində xanım Klinton Trampdan 12 xal, başqa bir sorğuda cəmi 1 xal irəlidədir. Lakin üçüncü sorğu Trampın 5 xal irəlidə olduğunu göstərib.
Bəzi təhlilçilər bildirirlər ki, Donald Trampın bu seçkini udmaq şansı 1-in 3-ə nisbətindədir.
Lakin elə müşahidəçilər də var ki, Trampın yalnız bəxti gətirərsə, qalib gələcəyini bildiriblər.