
Meksika ABŞ-ın sözünə baxır
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ-da istehsalçı inflyasiyası mənfi olub
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Özü dünya turuna çıxıb
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Tariflər, faiz endirimləri və istehlakçı xərcləri gündəmdədir
Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
ABŞ-ın Federal Tədqiqatlar Bürosunun (FTB) yeni açıqlaması Hillari Klintonun yenə Donald Trampı qabaqlamasına səbəb olub. Seçkiyə cəmi 2 gün qalmış FTB-nin rəhbəri Konqresə demokratların namizədi H.Klintonla bağlı yeni sənədlərin araşdırıldığını və ona heç bir ittihamın irəli sürülmədiyini bildirib.
Qərb mətbuatı bu bəyanatın rəqiblər arasında yarışın istiqamətini dəyişməsindən yazır.
BBC-nin başlığı belədir: «FTB-nın Klintonu təmizə çıxarması Trampı coşdurdu».
Seçkidən sonraya təsir
Respublikaçıların namizədi Donald Tramp FTB-nin 650 min e-mail-i qısa müddətə araşdırmasının mümkün olmadığını, fırıldaqçı rejimin Klintonu qoruduğunu bildirib. Dünən, noyabrın 6-da Miçiqanda çıxış edən Tramp «bu, tam fırıldaqçı rejimdir. Hillari Klinton günahkardır. Bunu o özü də bilir, FTB da bilir, xalq da bilir. İndi qərar xalqındır» deyib.
Keçən ayın sonunda FTB demokratların namizədi H.Klintonun dövlət katibi olduğu vaxtlarda dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-mail-indən yararlandığı haqda yeni məlumatların üzə çıxdığını bildirmiş, bu da Klintonun reytinqinin düşməsinə səbəb olmuşdu.
BBC FTB-nin son bəyanatının seçkiyə az qalmış durumu bir o qədər dəyişməyəcəyini, amma seçkidən sonrakı vəziyyətə təsir edəcəyini yazır. Analitik Entoni Zurçerin fikrincə, FTB-nin daxili məlumatları mətbuata sızdırması həm bu orqanın daxilində, həm də mətbuatda ciddi müzakirələrə səbəb olacaq. Tramp qalib gəlsə, çoxları FTB-nin direktoru Ceyms Komini günahlandıracaq. Klinton qalib gəlsə, bu son enişinə görə hələ uzun müddət qınaqla üzləşəcək.
Klintonun özü FTB direktorunun son bəyanatı haqda bir söz deməsə də, onun təbliğat kampaniyası agentliyin bu nəticəyə gələcəyinə əvvəldən əmin olduğunu bildirib.
«Qəzəb predmetiyəm»
«The Washington Post» qəzeti Klintonun bazar günü Klivlenddə seçiciləri qarşısında çıxışından sitat gətirir: «Bu seçkidə çox ümidlərin boşa çıxdığını, hətta qəzəbin olduğunu bilirəm. Bunu görürəm, eşidirəm və bildiyiniz kimi, bu qəzəbin predmetiyəm. Amma qəzəb plan deyil. Qəzəb bizə yeni iş yerləri gətirəsi deyil».
«The Sydney Morning Herald» qəzeti isə Ceyms Kominin məktubunun səhm bazarını canlandırdığını, investorların təşvişini aradan qaldırdığını yazır. «Bugünkü gəlirlər investorlara Clinton qalib gələrsə, nəyin baş verəcəyini göstərmiş oldu».
Birliklə parçalanma arasında
Hər iki namizəd seçki kampaniyasının son günlərini həm tərəfdarlarının çox olduğu, həm də tərəddüd edən ştatlarda keçirirlər. Bazar günü, adətən, demokratların qalib gəldiyi Minnesota, Nyu-Meksika və Miçiqan ştatlarına səfər edən Donald Tramp Miçiqanda demokratları dəstəkləyənləri öz tərəfinə çəkməyə cəhd edib. «Bill və Hillari Klintonların iqtisadi siyasəti Miçiqanın başqa yerlərdən daha artıq boşalmasına səbəb olub. Biz iş yerlərinin Meksikaya, Çinə və dünyanın başqa yerlərinə axmasının qarşısını alacağıq».
Klinton isə kampaniyasının son günlərində də Trampın miqrantların ABŞ-a axınını dayandırmaq vədlərinə qarşı çıxışlar edib. Klivlenddə seçiciləriylə görüşündə Klinton deyib: «Mən hər kəsin özünə yer tapa bildiyi, hamının daxil olduğu Amerika istəyirəm».
Mançesterdə çıxışında isə Klinton «Haqq-hesab zamanıdır, bu seçki birliklə parçalanma arasında seçimdir» deyib.