Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
21:28 | 8 noyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 968 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Adətən səs verməyə tərəddüd göstərən ispandilli seçicilər 2016-cı ilin erkən səsverməsində rekord göstəricilər sərgiləyir. Latinoların seçkilərdə fəallıği hətta Texas kimi böyük elektoral səsə malik Respublikaçı istehkam sayılan ştatda da yarışın nəticələrinə təsir göstərəciyinə dair spekulyasiyalara yol açıb.
Bir vaxtlar Respublikaçıların istehkamı sayılan Arizona ştatı da artıq yelləncək ştat kimi dəyərləndirilir. Belə ki, əsasən Donald Trampa əleyhdar latino seçicilər burada xüsusi fəallıq nümayiş etdirir. Eyni müşahidələr iri ispandilli əhalilərə malik Nevada, Nyu Meksiko, Kolorado və Florida ştatında qeydə alınmaqdadır.
Güman edilir ki, latinolar Respublikaçı namizəd Donald Trampın immiqrasiya üzrə ritorikasına reaksiya verirlər. Meksikalı mühacirləri «zorlayan və qatil» kimi qələmə verməklə mümkündür ki, Tramp yatmış nəhəngi oyadıb.
Texasdakı ispandillilərin çoxu Demokratlara meyl göstərir. Ancaq katolik latinolar həmçinin aborta qarşı çıxır və mühafizəkar yevangelist latinoların sayı da sürətlə artmaqdadır.
Bir çox ispandilli biznesmenlər Respublikaçıların nizamlama və vergiləri endirməklə bağlı siyasətini dəstəkləyir. Onlardan bəziləri Trampın mühacirlərlə bağlı ritorikasına məhəl qoymamağa üstünlük verir.
Sahibkar və Tramp tərəfdarı Hulio Amerikanın Səsinə deyir ki, Trampın kriminal mühacirlər haqda dedikləri ona toxunmur:
«Mən də cinayətə qarşıyam. Mən bura gəlib cinayət törədən ispandillilərin əleyhinəyəm. Eyni zamanda burada gəlib yaxşı işləyən latinolara ABŞ vətəndaşlığına cığır verilməsini dəstəkləyirəm».
Hyuston Universitetinin tələbəsi Mariseli Amerikanın Səsinə bildirib ki, onun ailəsi nadir hallarda siyasəti müzakirə edir, ancaq onlar «reputasiyası ispandillilər arasında yaxşı olmayan bir namizədə» qarşı çıxırlar.
Bəzi başqa ispandillirlər də qızğın ritorikanı əsas gətirərək «Trampdan başqa istənilən adam» prinsipinə sadiqdirlər.