Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:24 | 9 noyabr 2016 | Çərşənbə
Məqaləyə 1042 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu nəticələrə əsasən daşınmaz əmlak maqnatı, respublikaçı Donald Tramp Elektoral Kollegiyanın 270-dən çox səsini əldə edərək Demokrat rəqibi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton üzərində qələbə qazanıb.
Donald Trampın qələbəsində mühüm yeri onun «Swing States« adlanan mühüm ştatların böyük əksəriyyətində qələbə qazanması olub. Belə ki, Virciniya ştatının qarşılığında Donald Tramp Florida, Ohayo, Şimali Karolina, Pennsilvaniya və Yuta ştatlarında üstünlük əldə edərək həmin ştatlara aid elektorları aktivinə əlavə edib.
Ənənəvi Respublikaçı ştatlarda da inamlı qələbə qazanan Donald Trampın ABŞ-ın 45-ci prezidenti olmasına heç bir maneə qalmır.
Nyu-Yorkda tərəfdarları qarşısında çıxaraq qalibiyyət nitqi söyləyən Prezident Tramp Demokrat namizəd Hillari Klintondan telefon zəngi aldığını qeyd edərək, sabiq dövlət katibinə ictimai xidmətə görə təşəkkürünü bildirib.
Donald Tramp seçki prosesindən sonra ölkəni bir araya gətirməyin vacibliyini vurğulayıb və Amerikanı möhtəşəm etmək üçün həmvətənlərini birliyə çağırıb.
Prezidentliklə yanaşı, ilkin nəticələr Respublikaçılar Partiyasının Senat və Nümayəndələr Palatasında da əksəriyyəti ələ keçirdiyinə işarə edir. Yekun nəticələr təsdiqlənərsə həm Ağ Ev, həm də Konqres Respublikaçılar Partiyasının nəzarətində olacaq.