Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:02 | 10 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 2372 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Hazırda Amerika siyasətində yaşadıqlarımız normal deyil. Bu, vətəndaş hüquqları uğrunda hərəkat və Barak Obamanın prezident seçkilərindən sonra baş verməməliydi.
Donald Trampın seçki kampaniyası lap başlanğıcdan gizli irqçilik və dözümsüzlüklə doluydu. O, eskalatorla Tramp Qülləsinə çıxdıqdan və prezident seçkilərinə qatılmaq niyyətini elan etdikdən dərhal sonra öz kampaniyasının çoxsaylı təhqirli bəyanatlarından birini verdi və meksikalı mühacirləri ABŞ-a cinayətkarlıq və narkotik gətirən vəhşi adlandırdı. O, Meksika sərhədində divar ucaltmağa bununla bəraət qazandırdı.
Sonra daha pis oldu. O, müsəlmanların, bütöv bir dini qrupun ABŞ-a gəlişini yasaqlamağı təklif etdi. Dedi ki, Tramp Universitetinə qarşı iddiaya baxan federal hakim Meksika mənşəli olduğundan uzaqlaşdırılmalıdır. «Twitter»də ağ irqçilər və neonasistlərin bəyanatlarını tez-tez təkrar yayırdı. Sıx-sıx antisemit ritorikasına əl atırdı. Fəaliyyətdəki senator Elizabet Uorreni «Pokaxontas» adlandırdı. Bütün ölkə üzrə adamların küçədə dayandırılması və baxışdan keçirilməsi polis praktikasının tətbiqini təklif edib, çünki bu, əsasən, azlıqlara qarşı yönəlmişdi.
Trampın kampaniyası ağ irqçilərə xoş gəlirdi. İrqçilər qalib namizədin yanına axışır və deyirdilər ki, onun uğuru «milyonların bizim baxışlarımızı bölüşdüyünü göstərir».
«Sağ alternativ» irqçi hərəkat Trampın kampaniyasını dəstəkləyir, əlində qurbağa olan memlərin və gəncliyə ünvanlanmış müraciətlərin köməyi ilə irqçiliyi dəbə mindirməyə cəhd edirdi. Və sorğular göstərirdi ki, qalan bütün namizədlərin tərəfdarlarındansa Trampın tərəfdarları böyük irqi ədavətlə yaşayırlar.
Sonra Tramp qalib gəldi. Həm də qələbəni ağ koalisiyanın sayəsində qazandı – ekzit-polllara əsasən, ağdərili fəhlə sinfi ona o qədər səs verib ki, demokratlarn son illər ərzindəki demoqrafik uğurlarını geridə qoyub.
Bundan hansı nəticəni çıxartmaq olar? Latın Amerikasından olanlar, müsəlmanlar, asiyalılar və qaradərili amerikalılar bundan hansı qənaətə gəlməlidirlər?
Bu namizəd aşkar irqçi ismarıcla gəlir, adamları aşkar irqçi baxışları ilə cəzb edirdi. Və o, qələbə çaldı.
Nəticə mənim üçün tam aydındır. Mən Latın Amerikasındanam və hiss edirəm ki, bu gün Amerikada olduğuma şad deyillər. (strateq.az)