Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:29 | 16 noyabr 2016 | Çərşənbə
Məqaləyə 1222 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ boyu nümayişlər vüsət alıb. Bu dəfə nümayişçilər Şimali Dakotada yerli hindli amerikalıların ərazisində neft kəməri salınmasına etiraz edir.
Nümayişçilər 1700 kilometr uzunluğu olan Dakota Access neft kəmərinin tamamlanmasını dayandırmaq uğrunda mübarizə aparan «Standing Rock Sioux» qəbiləsinin üzvləri ilə həmrəylik nümayiş etdirmək üçün Nyu-York şəhərinin küçələrinə çıxıb.
Yerli hindli qəbilələr və ətraf-mühit fəalları deyib ki, layihə regionunu su təchizatına təhlükə yaradır və müqəddəs mədəni əraziyə zərər yetirəcək.
«Biz torpağı zəhərli neft kəmərlərindən müdafiə edən Sioks qəbilə üzvləri ilə həmrəyik. Onlar bütün regionda milyonlarla insanı və bütün planetin iqlimini təhlükə altına alırlar» deyə nyu-yorklu nümayişçi Marti Qudmen bildirib.
Viskonsin ştatının Milveyki şəhərində layihəni maliyələşdirən Uells Fargo bankı qarşısında da nümayişlər keçirilib.
Sioks qəbilə üzvləri tikintini dayandırmaq üçün aylardır neft kəmərinin keçəcəyi yol üzərində düşərgə qurub. Nümayişlər iyulda kəmərin Oahe gölü yaxınlığında qoruqdan bir kilometrdən də az məsafədə Missuri çayının altından keçməsinə dair icazə alındıqdan sonra daha da intensivləşib.
Ötən ay polislə zorakı qarşıdurmadan sonra azı 100 nümayişçi həbs edilib.
Dakota Access neft borusu Şimali Dakota ştatında iki neft sahəsindən hər gün azı 400 min barel xam nefti İlinoys ştatında yerləşən zavoda daşıyacaq.
Layihəni həyata keçirmək istəyən şirkətlər ABŞ federal məhkəməsinə Obama administrasiyasının federal ərazidə tikintini dayandırmaq barədə hökmün dəyişdirilməsi üçün müraciət edib.