Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:25 | 1 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 1243 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ konqresinin nümayəndələr palatası Rusiyanın «digər ölkələrin vətəndaşları və hökumətlərinə təsir göstərmək» kimi üzdə olmayan cəhdlərinə qarşı xüsusi idarələrarası qrupun yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Jurnalistlərin bildirdiyinə görə, qanun layihəsi Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq vədlərinin əksinədir.
Gizli əlavəsi olan 2017-ci ildə kəşfiyyat idarələrinin maliyyələşdirilməsi haqqında sənəd milli təhlükəsizliyə təhdid məsələlərinə toxunur.
Böyük səs çoxluğu ilə qəbul edilmiş (390 səs lehinə, 30 səs isə əleyhinə) 93 səhifəlik qanun layihəsində deyilir ki, Rusiya «kütləvi informasiya vasitələrini manipulyasiya edir və təsir agentlərini maliyyələşdirir», həmçinin «xalqlar və hökumətlərə gizli təsir göstərir».
Komissiyaya «Rusiya Federasiyasının təhlükəsizlik orqanları, yaxud siyasi qüvvələri tərəfindən həyata keçirilən terrorizm və qətllər, insan haqlarının pozulması, korrupsiya, yalan informasiya, təsir agentlərinin ifşası da daxil olmaqla Rusiyanın gizli təsir göstərməsinə yönəldilmiş siyasətinə qarşı hərəkətə keçmək» həvalə olunacaq.
Bundan başqa sənəddə İraq, Suriya və Şimali Afrikada, həmçinin, kiberməkan və kosmosda terror fəaliyyətinin qarşısının alınması üzrə tədbirlər təqdim olunur.
Qanun nəzərdə tutur ki, 2017-ci ildə ABŞ kəşfiyyatına təxminən 70 milyard dollar vəsait ayrılacaq.
ABŞ Konqresinin senatı bu ilin sonunadək qanun layihəsi nəzərdən keçirməlidir. Bundan sonra sənəd ölkə prezidentinə təqdim ediləcək.