Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:19 | 4 dekabr 2016 | Bazar
Məqaləyə 919 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Türkiyə və Rusiya arasında Suriya məsələsi üzrə danışıqlar mühüm nəticələr verib. Prezident Rəcəb Ərdoğan son həftədə prezident Vladimir Putinlə üç dəfə telefonla danışdığı halda Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Ankara və Moskva arasındakı silsilə təmaslarla bağlı mühüm siqnallar XİN başçıları Mövlud Çavuşoğlu və Sergey Lavrovun birgə mətbuat konfransında üzə çıxıb.
Ərdoğanın Əsəd haqda bəyanatına «diplomatik düzəliş»
Prezident Tayyib Ərdoğanın «Biz Əsəd idarəçiliyinə son qoymaq üçün Suriyaya girmişik» bəyanatına «diplomatik düzəliş» edilib. Ərdoğan öz sözlərini Putinlə telefon danışığının gedişində birbaşa izah edib. Kreml rəsmən bildirib ki, Ərdoğan və Putin danışıqlarda bu mövzunu qaldırıblar.
«Diplomatik düzəliş» həmçinin Milli Təhlükəsizlik Şurasının (MGK) son toplantısının nəticələri üzrə dərc edilmiş kommünikedə də var. Ərdoğanın sədrliyi altında MGK rəsmi məlumatında bildirilib ki, «Fərat qalxanı» əməliyyatının məqsədi «sərhəd təhlükəsizliyinin təminatı, Türkiyəyə hücumların dəf edilməsi, bölgənin İŞİD və digər terrorçu qurumlardan tam təmizlənməsidir».
Bu mövzuda üçüncü siqnal Lavrov və Çavuşoğlunun mətbuat konfransında verilib. Çavuşoğlu deyib: «Suriyanı İŞİD-dən təmizləmək zəruridir. Əslini desək, biz bunun üçün oradayıq».
Çavuşoğlu Ankaranın Əsəd rejiminin indiyədək saxlanmasını «qəbul edə bilmədiyini» sıradakı sözlərlə ifadə edib: «Əsəd haqda bizim baxışımız məlumdur. O, 600 min insanın həlakına görə məsuliyyət daşıyır. Biz bu məsələdə Rusiya ilə şərik olmaya bilərik. Lakin atəşkəs, humanitar yardım, siyasi transformasiyaya gəlincə, burada Rusiya ilə razılaşırıq».
Türkiyə Hələbdə Əsəd-Rusiya əməliyyatı xüsusunda «susur»
Əsədə loyal ordunun Rusiya dəstəyi ilə Hələbdə başladığı əməliyyat Türkiyədə qızğın reaksiya doğurub. Keçmiş prezident Abdulla Gül daxil olmaqla Ədalət və İnkişaf Partiyası təmsilçiləri və hökumətyönlü KİV-lər «Hələb məhv olur» başlığı altında sosial şəbəkələrdə diqqəti buna cəlb etməyə çalışır ki, Əsəd-Rusiya əməliyyatı üzündən şəhərdə nələr baş verir.
Lakin diqqət çəkəndir ki, Türkiyə xarici işlər naziri Çavuşoğlu Lavrovla danışıqların gedişində Hələb məsələsində sosial şəbəkələrdə meydana çıxmış qəzəblə həmahəng reaksiya nümayiş etdirməyib. Rusiya xarici işlər naziri Lavrov «Hələbi terrorçulardan azad edəcəyik» sözlərilə elan edib ki, Hələbdə əməliyyatlar davam edəcək.
Lavrov daha bir addım uzağa gedib: Hələbi tərk etməyən sakinləri diplomatik manerada «terrorçulara yardım»da ittiham edib. Rusiyalı nazir deyib: «Hələbi terrorçulardan azad etməyimiz üçün evlər boş olmalıdır».
Çavuşoğlunun Lavrovun bu bəyanatına cavabda susmasını «Ankara və Moskva arasında Hələb barəsində sazişin əldə olunması» kimi şərh edirlər.
Rusiya ASO ilə təmasdadır
Türkiyənin Hələb və Əsəd məsələlərində yeni yanaşımına cavabda Rusiyadan daha bir addım gəlib. Moskva Əsəd rejiminin rəsmən «terrorçu təşkilat» elan etdiyi və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) ilə danışıqlar masasının arxasına oturmağa razılaşıb. «Biz hamı ilə danışıqlar aparırıq» – Lavrov bu sözlərlə, iddia edildiyi kimi, Türkiyənin vasitəçiliyi ilə baş tutmuş ASO-Rusiya danışıqları faktını rəsmən təsdiq edib.
Çavuşoğlu qeyd edib: «Suriyada inklüziv proses lazımdır, heç kimi kənarda qoymaq lazım deyil. Biz hesab edirik ki, bu cür danışıqlar ölkənin bütövlük və birliyini təmin etməkdən ötrü faydalıdır». (strateq.az)