Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:39 | 14 dekabr 2016 | Çərşənbə
Məqaləyə 696 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qarşıdakı 4 ildə bu nəhəng dünya gücünü idarə edəcək komandasının əsas heyətini formalaşdırmaqda davam edir.
Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-ın Daxili İşlər naziri postuna gətirmək istədiyi şəxsin də adını açıqlayıb. Bu, 1961-ci il təvəllüdlü, Respublikaçılar partiyasından Nümayəndələr Palatasının üzvü, 1986-cı ildən 2008-ci ilə qədər ABŞ-ın məşhur «Navy SEAL» («Dəniz suitiləri») xüsusi təyinatlı dəstəsində zabit kimi xidmət keçmiş Ryan Zinkdir. Ryan Zink ABŞ-ın İraqdakı xüsusi əməliyyatlarında yer almış önəmli isimlərdən biri sayılır.
Ancaq sabiq xüsusi təyinatlının Trampın təklifinə razılıq verib-vermədiyi barədə hələlik hər hansı informasiya yoxdur.
Strateq.az bildirir ki, Ryan Zinkin adı azərbaycanlılara yad deyil. Əksinə, o, Ermənistan-Azərbaycan münaqişəsində birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edən dost amerikalılardan sayılır.
Xatırladaq ki, ABŞ Konqresində Montana ştatını təmsil edən Ryan Zink bu ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan hadisələr zamanı Ermənistanı sərt tənqid edən bəyanatla çıxış etmişdi.
Həmin vaxt sərhəddəki toqquşmalardan narahatlığını ifadə edən konqresmen Zink, cəbhə xəttindəki toqquşmanın məhz Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-da vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşlərindən dərhal sonra baş verdiyinə diqqət çəkmişdi. Konqresmen Zink həmin məşhur bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulamış, Ermənistanın isə regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması faktından təəssüfünü bildirmişdi. (Strateq.az)