Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:42 | 15 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 928 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The Independent» Harvard Universitetinin professoruna istinadən yazır ki, ABŞ-da Seçki Kollegiyasının 30-dək respublikaçı üzvü əvvəl elan etdiklərinin əksinə olaraq Donald Trampın əleyhinə səs vermək istəyir. Məqsəd milyarderin Ağ Evə gedən yolunu bağlamaq, onu ABŞ prezidenti olmaq imkanından məhrum etməkdir.
2016-cı ilin prezident seçkisində özü qısa bir müddət demokrat namizəd olmaq istəyən professor Larri Lessiq (Larry Lessig) sözü gedən kollegiya üzvlərinə hüquqi köməyini təklif edib. Amerika qanunlarına görə Seçki Kollegiyasının üzvləri onların təmsil etdikləri spesifik ştatlarda hər hansı namizədin ən çox seçici səsi toplamasına baxmayaraq, "öz vicdanlarının səsi ilə" hərəkət edərək elektoratın onlara verdiyi mandatdan imtina edə bilərlər.
Daha sadə deyilərsə, hər hansı bir ştatda elektorat bir namizədə daha çox səs veribsə də, həmin elektoratı təmsil edən kollegiya üzvü kollegiya səsverməsində rəqib namizədə səs verə bilər.
ABŞ-ın əksər ştatlarında qanun Seçki Kollegiyası üzvündən elektoratın iradəsinə uyğun səs verməyi tələb etsə də, professor Lessiqin fikrincə, kollegiya üzvü özünü federal rəsmi kimi təqdim edə bilər. Professorun qənaətinə görə belə federal kollegiya üzvü texniki olaraq ştatın qanunlarından yüksəkdə dayanır.
Buna baxmayaraq «The İndependent» yazır ki, hələlik Trampın əleyhinə səs verəcəyi barədə açıq bəyanatla yalnız bir respublikaçı kollegiya üzvü, Texasdan olan Kris Suprun çıxış edib. O buna səbəb kimi Trampın prezidentlik üçün yararsız şəxs olmasını göstərib. Seçki Kollegiyasının iclası dekabrın 19-da keçirilməlidir.
MSNBC telekanalına müsahibəsində cənab Lessiq deyib ki, onun daha çox kollegiya üzvünün Trampın əleyhinə səs vermək istədiyi məlumdur və əgər onların sayı 37-yə yaxınlaşsa vəziyyət tamamilə fərqli ola bilər.
Seçki qanunlarına görə prezident olmaq üçün minimum 270 seçki kollegiyası üzvünün səsini qazanmaq lazımdır. Trampa səs verəcəyini bildirənlərin sayı hazırda 309-dur, lakin bunlardan 40-ı fikrini dəyişsə Tramp qalib elan edilməyə bilər.
Professor deyib ki, onun öz araşdırması Trampın əleyhinə səs verməyə hazırlaşanların 20 nəfər olduğunu göstərir. «Bəziləri mənə deyirlər ki, bu rəqəm 30-dur, lakin mən bilirəm ki, azı 20 seçki kollegiyası üzvü Trampın əleyhinə səs vermək istəyir» - Lessiq deyib.
«The İndependent» yazır ki, Hillari Klinton ona səs vermiş seçicilərinin sayına görə Trampdan 2,8 milyon seçici irəlidədir, lakin ABŞ seçkisinin taleyini Seçki Kollegiyası həll edir. Professor Lessiq deyib ki, Amerikanın əsasını qoyanlar Seçki Kollegiyasını vaxtilə «seçki prosesində təcili tormoz kimi» düşünüblər. Lessiqin fikrincə hər bir kollegiya üzvündən indi "vicdanının səsi ilə" hərəkət etmək tələb olunur, çünki bu seçkinin özü bunu tələb edir.