Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:26 | 23 dekabr 2016 | Cümə
Məqaləyə 1043 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The Guardian» yazır ki, Obama administrasiyası 11 sentyabr hücumlarından sonra ABŞ-da ərəblərin və müsəlmanların izlənməsi üçün yaradılmış nəzarət sistemini ləğv edib. Məqalədə deyilir ki, bu, müsəlmanların ABŞ-a buraxılmamasını təklif edən Donald Trampın bütün gələcək planlarını poza bilər.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, Milli Təhlükəsizlik Giriş-Çıxış Qeydiyyatı Sisteminin (National Security Entry-Exit Registration System - NSEERS) hələ də qüvvədə olan son mexanizmləri ləğv olunur. «The Guardian» yazır ki, 11 sentyabr hücumundan sonra tətbiqinə başlanmış bu sistem Buş administrasiyasının ən çox nifrət doğuran elementi idi.
Bu sistemə əsasən əsas əhalisi ərəblər olan 25 ölkədən ABŞ-a gələnlərdən barmaq izləri alınırdı və onlar vaxtaşırı qeydiyyatdan keçmək üçün nazirliyə gəlməli olurdular. Sistem 80 min insanı əhatə edirdi və onlardan 14 mini heç bir terror və ya zorakı hərəkətlərdə bulunmamasına baxmayaraq deportasiya siyahısına salınmışdı.
«The Guardian» yazır ki, Obama prezidentliyinin son günlərində NSEERS sistemini ləğv etməklə bir çox insan haqları müdafiəçisinin ürəyindən xəbər verib. Ekspertlər bu qənaətdədirlər ki, bu sistemin ləğvi ilə Trampın antimüsəlman planlarına «tormoz qoyulub». Onlar deyirlər ki, Donald Trampın bu və ya buna bənzər sistem tətbiq etməsinə aylarla vaxt lazım gələ bilər.
Sözü gedən sistemin memarlarından biri olan Kris Kobaç Trampın keçid administrasiyasına daxildir və işə başlayan kimi sistemi daha da təkmilləşdirəcəyini vəd etmişdi. (BBC)