Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:56 | 24 dekabr 2016 | Şənbə
Məqaləyə 1384 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Barak Obama «Müdafiə siyasəti haqqında» qanunu imzalayıb. Bu qanuna uyğun olaraq Pentaqonun 2017-ci ildə 619 milyard dollar nəzərdə tutulan büdcəsi təsdiq edilib. Bu barədə Ağ Ev açıqlama verib.
Bildirilir ki, ABŞ-ın 2017-ci ildəki müdafiə büdcəsi 619 milyard dollar olacaq. Buraya, həmçinin ölkə xaricindəki əməliyyatlarda istifadə ediləcək 67 milyard dollarlıq müharibə büdcəsi də daxildir.
«Müdafiə siyasəti haqqında» qanun, həmçinin Dövlət Departamentinin tərkibində xarici təbliğat və dezinformasiya ilə mübarizə aparılması üzrə Mərkəzin yaradılmasını da nəzərdə tutur.
Bu Mərkəz ABŞ-ın milli maraqlarına qarşı yönəlmiş xarici dövlət və qeyri-dövlət təbliğatının aşkar edilməsi, ifşa olunması və mübarizə aparılması üzrə federal hökumətin səylərini əlaqələndirəcək.
2017-ci ildə dövlət büdcəsindən bu Mərkəzə 80 milyon dollar vəsait ayrılacaq. 2018-ci ildə də Mərkəzin bu həcmdə maliyyələşdirilməsi planlaşdırılır.
«Müdafiə siyasəti haqqında» qanun eyni zamanda «Sergey Maqnitski adına qanunun aliliyi və hesabatlılıq üzrə Akt»-nın dünyanın bütün ölkələrinə münasibətdə tətbiq olunmasını nəzərdə tutur. Bu Akta uyğun olaraq ABŞ-ın Vaşinqtonun fikrincə, insan hüquqlarının pozulması və korrupsiya əməllərində günahkar olan şəxslərə qarşı bir tərəfli sanksiyalar tətbiq ediləcək. Aktla müəyyənləşdirilən siyahıya daxil edilən şəxslərə ABŞ-a girişi qadağan olunacaq, onların qüvvədə olan vizaları ləğv ediləcək, əmlakları və bank hesablarına həbs qoyulacaq.
Bundan əvvəl isə Akt-ın təsir dairəsi yalnız Rusiya vətəndaşları ilə məhdudlaşırdı.