Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:41 | 24 dekabr 2016 | Şənbə
Məqaləyə 2754 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Polşa «JASSM-ER» tipli qanadlı raketlərin tədarükünə dair ABŞ-la saziş imzalayıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, kontraktın ümumi dəyəri 235 milyon dollar təşkil edir.
Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi «hava-yer» sinfinə aid «JASSM-ER» qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.
Vaxt.az «JASSM-ER»in taktiki-texniki xarakteristikasını təqdim edir.
«AGM-158 JASSM» «Lockheed Martin» şirkəti tərəfindən hazırlanan «hava-yer» sinfinə aid, hədəfi yüksək dəqiqliklə məhv edən qanadlı raketdir. İstənilən hava şəraitində və günün istənilən saatında, düşmənin HHM vasitələrinin hərəkət zonası xaricində olan məsafədə, yüksək-müdafiəli stasionar və yerdəyişən (kvazistasionar) hədəfləri vurmaq üçün nəzərdə tutulur. Az hiss olunan radiolokasiya texnoloji imkanlardan istifadə etməklə yaradılıb. Turboreaktiv mühərrik quraşdırılan raket peykdən də idarə edilə bilir. Hədəfalma sistemində, yüksək dərəcəli radioelektron qorunması olan GPS peyk sisteminin siqnal qəbuledicisindən korreksiyalı inersial sistem idarəetməsi ilə yanaşı, 2012 ildə təkmilləşdirilərək müasir infraqırmızı özühədəfəalma başlığı (uçuşun son sahəsində işləyir), hədəfləri özütanıma sistemi ilə təchiz edilib.
1995-ci ildə layihələndirilən «JASSM-ER», 1998 ildə istehsal olunub və bir il sonra sınaqdan keçirilib. 2003-cü ildə 360 km uçuş məsafəsi, 2010-cu ildə 980 km-ə çatdırılıb. Hədəfdən yayınma 2.4 metrdir. Uçuş surəti 750-1000 km/saat, uzunluğu 4.27 - qalınlığı 0.5 metr, çəkisi 1 tondan ağır olan raket 450 kiloqram döyüş başlığı daşıyır.
Polşadan əvvəl ABŞ, Avstraliya və Finlandiya ordularının arsenalını zənginləşdirib.
«JASSM-ER» raketi «B-52Н» (12 ədəd), B-1B» (24), B-2» (16), F-15E (3), F-16, F-18 və F-35 (2) döyüş təyyarələrində daşınaraq, hədəfə yönləndirilə bilir.