Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:29 | 5 yanvar 2017 | Cümə axşamı
Məqaləyə 2560 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Saləhiyyətlərinin icrasına başlamağa iki həftə qalan ABŞ-ın növbəti prezidenti Donald Tramp siyasi rəqiblərinə rişxəndlə yanaşaraq ölkənin əsas media qurumlarını tənqid edib. O, habelə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyat məlumatlarına yenidən şübhə ilə yanaşıb.
Milyarder daşınmaz əmlak maqnatlığından respublikaçı siyasətçiyə çevrilən Tramp bu gün «Twitter» hesabından ardıcıl yazdığı mesajlarda soruşub ki, nə üçün Demokrat Milli Komitəsi Hillari Klintonun seçki kampaniyasının sədri Con Podestanın hak edilən minlərlə emailinə məhəl qoymayıb və nə üçün partiyanın Respublikaçılarda olduğu kimi haker hücumlarında müdafiə sistemi olmayıb.
Donald Tramp «WikiLeaks»in təsisçisi Culian Assanca istinad edərək deyib ki, «14 yaşlı uşaq da Podestanın emaillərini ələ keçirə bilərdi». Assanc habelə deyib ki, «o, məlumatları ruslardan əldə etməyib».
«WikiLeaks» noyabrın 8-də keçirilmiş seçkilərə az qalmış Podestanın minlərlə emailini yaymışdı. Ancaq emaillərin haradan əldə edilməsinə dair heç bir məlumat verilməmişdi.
Demokratlara şillə
Yanvarın 20-də and içməyə hazırlaşan Tramp həmçinin demokratları emaildə aşkar olunanlara cavab vermədiklərinə görə tənqid edib və bu ifadələri «çox pis sözlər» adlandırıb. Onun istinad etdiyi emaillərdən biri praymerilərdən öncə Vermont senatoru Berni Sanderslə keçiriləcək seçki debatının suallarının Hillari Klintona sızdırılması ilə bağlıdır.
Bu insident barədə ötən böyük məlumatlar yayılsa da, Tramp bunu «ikili standart» adlandırmışdı. «Media həmişə olduğu kimi bunlara keçid verib» - deyə bildirmişdi. O, Assanca istinad edərək ABŞ mediasını «qeyri-dəqiq və vicdansız» adlandırıb.