Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:01 | 14 yanvar 2017 | Şənbə
Məqaləyə 1344 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The İndependent» qəzetinin daha bir məqaləsində deyilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyada Donald Trampa qarşı bir yox, bir neçə şantaj materialı ola biləcəyinə inandığını bildirib.
Donald Tramp və Kreml Britaniya casusu tərəfindən toplanmış olduğu düşünülən sənəddə adı çəkilən seksual xarakterli rüsvayedici materialın ola biləcəyi barədə iddianı rədd ediblər.
Lakin BBC müxbiri bildirib ki, ona bir neçə mənbəyi olan agentlikdən verilmiş iddialar barədə Mərkəzi Kəşfiyyat İdarəsinə sorğu verib. Bu mənbələr iddiaların «həqiqi» olduğuna inanırdılar.
Pol Vud (Paul Wood) Vaşinqtondan verdiyi canlı reportajda deyirdi ki, ehtimallara görə "bir neçə tarixə aid, təkcə Moskvada yox, həm də Sankt Peterburqda əldə olunmuş və heç də təkcə video yox, həm də audio olan bir yox, bir neçə materialların olduğu söylənir".
Cənab Tramp Moskva hotellərindən birindəki iddia edilən əməllə bağlı ona aid seksual xarakterli videonun olması barədə iddiaları «saxta məlumatlar» adlandırıb.
Cənab Vud bildirib ki, o MKİ-dən dosyedəki iddialar barədə soruşub. Onun sözlərinə görə bu dosyedəki iddialar artıq aylardır ki, əsas media qurumlarında dövriyyə etsə də, onları yalnız Buzfid (Buzzfeed) çap etdikdən sonra üzə çıxarıblar.
«Mən noyabrın əvvəllərində MKİ-yə mesaj göndərərək bu iddialar barədə soruşmuşdum», - cənab Vud deyib.
Jurnalist bildirir ki, onunla hər hansı rəsminin bu barədə danışması qanunsuz əməl sayıla bilərdi, lakin o sonradan araçılar vasitəsilə öz sorğusuna cavab alıb. Cavabda deyilirdi ki, bu iddiaların həqiqət olduğuna inanılır və Britaniya kəşfiyyatçısı bu iddialar barədə məlumatın yeganə mənbəyi olmayıb.
«The İndependent» keçmiş MI6 zabiti Kristofer Stil (Christopher Steele) barədə bəzi yeni məlumatları da verir və yazır ki, o, FİFA-dakı korrupsiya iddialarının araşdırılmasında Federal Təhqiqatlar Bürosuna kömək edib və ciddi casus sayılır.