Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:30 | 15 yanvar 2017 | Bazar
Məqaləyə 767 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Suriya üsyançıları ölkədə altı ildir sürən münaqişənin siyasi həllinə nail olunması məqsədilə Rusiya və Türkiyənin vasitəçiliyi ilə qarşıdan gələn danışıqlara dəstək bildirib. Lakin onlar xəbərdarlıq edib ki, Qazaxıstan danışıqları BMT-nin dəstəyi ilə Cenevrə prosesinin bərpası istiqamətində ilk addım kimi dəyərləndirilməlidir.
Rusiya və Türkiyənin vasitəçiliyi ilə prosesdən kənarda qalan Suriya müxalifətinin Ali Müzakirələr Komitəsi açıqladığı bəyanatda Qazaxıstan paytaxtı Astanada keçiriləcək görüşə hərbi nümayəndə heyəti ilə qatılacağını bildirib.
«Komitə danışıqlarda iştirak etmək üçün müxalifətin təşkil etdiyi hərbi nümayəndə heyətinə dəstək verməyə hazırlığını vurğulayır», - komitənin bəyanatında bildirilir.
Bəyanatda həmçinin Qazaxıstan danışıqlarının Moskva və Ankaranın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin möhkəmləndirilməsinə şərait yaratmalı olduğu qeyd edilib.
Lakin komitə eyni zamanda Qazaxıstanda keçiriləcək görüşün Cenevrədə siyasi müzakirələrin növbəti raundu üçün ilkin addım olduğunu vurğulayıb.
Bəyanat komitənin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirdiyi iki günlük iclasdan sonra verilib.
Ali Müzakirələr Komitəsinin bəyanatından bir neçə saat öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada müxbirlərə Türkiyə və Rusiyanın ABŞ rəsmilərini Qazaxıstanda danışıqlara dəvət edəcəyini bildirib.
Mövlud Çavuşoğlu daha əvvəl Amerikanın sülh danışıqlarında iştirak etməsi tərəfdarı olduğunu bildirmişdi. Lakin Rusiya hələ ki, bununla bağlı mövqeyini açıqlamayıb.