Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
10:11 | 2 iyun 2013 | Bazar
Məqaləyə 3595 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Ona görə Alim Qasımov üzü göyə oxuyur
Yazını üç zirvənin unudulmaz xatirəsinə həsr edirəm
“Kosmosdan görünən yeganə canlı” yox olmaq üzrədir
Azərbaycanlı tarzən Almaniyanın məşhur simfonik orkestri ilə konsert verdi
60 min arı 3 gün duş almayan Ancelino Colinin vücudunu örtdü
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşdən qonağı Lalla Hasnaa ilə görüşüb
İçimizdəki barbarlar ermənilərdən və fars-molla rejimindən geri qalmır
Mehriban Əliyevanın almaniyalı qonağı qəbul edib
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin və “İRS-Heritage” jurnalının redaksiya heyətinin birgə təşəbbüsü ilə ərəb dilində nəşr edilən “İRS” jurnalının 28 May - Respublika Gününə həsr olunmuş ikinci nömrəsi çapdan çıxmışdır.
Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə olan qayğının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi ərəbdilli oxucular tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Məqalədə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumat öz əksini tapmışdır.
Nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.
Bundan əlavə, jurnalda Firdovsiyyə Əhmədovanın Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Sübhi Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Aydın Balayevin Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ölkəmizin siyasi-iqtisadi inkişaf modeli, eləcə də qədim məscidlərimiz, təbiət abidələrimiz, Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycanda numizmatika mədəniyyəti haqqında məqalələr dərc edilmişdir.
Bütün ərəb dünyasında yayılacaq jurnalın mütəmadi əsasda nəşr edilməsi nəzərdə tutulmuşdur.