Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
22:33 | 21 yanvar 2017 | Şənbə
Məqaləyə 1652 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
İnsan davranışları eksperti Judi Ceymsin fikrincə, ABŞ-ın yeni prezidenti Donald Trampın ağlaması onun dəlisovluğundan nigaran insanların narahatlıqlarının üzərinə su səpmək baxımından ideal olardı. Donald Tramp sələfi Barak Obamadan, ən azı, bir şeyi öyrənə bilər – ağlamağı.
«O, gözündən, heç olmasa, bir damcı yaş çıxara bilsə, insanların ruhunu oxşayacaq», - insan davranışları eksperti Judi Ceymsin sözləridir: «Aydındır ki, əksər çıxışları zamanı Tramp yenə dominant erkək eqosu ilə lələklərini qabardacaq. Amma gözləri doğru zamanda doluxsunarsa, bunun insanlara müdhiş təsiri olar».
«Bədən dilinin bibliyası» adlı kitabın müəllifi Ceyms inanır ki, sərt və bir qədər də etinasız görünən gözlərdə romantika olmaya bilməz. Duyğularını büruzə vermək Obamanın işinə yaramışdı. O, prezidentliyi dönəmində kameralar önündə, azı, 10 dəfə gözünün yaşını silmişdi. Ən təsirlisi də, ötən il Amerikada baş vermiş bir silahlı hücumun qurbanları haqqında danışarkən, yanaqlarına süzülən göz yaşları olmuşdu.
Obama sonuncu dəfə Çikaqoda - səlahiyyət müddətini başa vuran prezident kimi vida çıxışında həyat yoldaşı Mişel və yeniyetmə qızlarına minnətdarlığını bildirərkən gözyaşını saxlaya bilməmişdi. Ceyms deyir ki, göz yaşı siyasətçilərin arsenalında olan ən güclü silahdır. Bu səbəbdən, Trampın ağlaması da onun dəlisovluğundan nigaran insanların narahatlıqlarının üzərinə su səpmək baxımından ideal olardı. Onun fikrincə, Trampın hamıya bəlli görkəminin arxasında isti, xoşdavranışlı birinin durduğunu göstərmək effektli ola bilər.
Obamanın göz yaşları onun səmimiliyini, xalqla bütövlüyünü, ondan ayrı olmadığını göstərmək baxımından çox faydalı olmuşdu. Pittsburq Universitetində psixiatriya professoru Lauren Bylsma da o fikirlə razıdır ki, ictimaiyyət önündə öz emosiyalarını büruzə verməklə bağlı Obamanın heç bir çəkingənliyi olmayıb:
«Ağlamaq başqasının dərdini özününküləşdirə bilmək xarakteri ilə səciyyələndirilir».
Sərt adam imici olsa da, Rusiya prezidenti Putin də publika önündə bir neçə dəfə gözünü yaşardıb. Küçələrdə etiraz aksiyaları getsə də, 2012-ci ildə - prezidentlik kürsüsünü yenidən qazanarkən, onun axıtdığı gözyaşı daha çox diqqət çəkmişdi.
Fransalı psixoanalitik, siyasətçilərin daxili aləmini araşdıran iki kitabın müəllifi Jan Pier Fridmanın (Jean-Pierre Fridman) fikrincə, siyasətçilərin çoxu hakimiyyəti itirmək qorxusundan ağlayır: «Onlar hakimiyyətin əldən getməsini öz planlarının alt-üst olması, yaxud yarımçıq qalması kimi qəbul edirlər».
Fridman deyir ki, nə olur-olsun, Trampın publika qarşısında bir damla gözyaşı belə axıdacağına inanmır: O, başqa nəslə aiddir. Əlli il öncə belə bir fikir hakim idi ki, kişilər ağlamaz. O, qoca kovboydur».
Doğrudan da, Tramp ağlamağın onu necə qıcıqlandırdığını mitinqlərinin birində ağlayan bir körpənin anasına üz tutub: «onu bayıra çıxarın», - söyləməklə göstərmişdi.
Fridmandan fərqli olaraq, Ceyms yeni prezidentin ictimaiyyət arasında ağlamaq potensialına inanır: «Məncə, Tramp ağlaya bilər, ancaq kiminsə probleminə yanaraq yox, nəyəsə, yaxud kiməsə qəzəblənərək».
Amma göz yaşları siyasətçilərin zərərinə də işləyə bilər. Özəlliklə gözyaşının saxta olduğu üzə çıxarsa. Ceymsdeyir ki, insanlar saxta göz yaşlarını həqiqi olandan fərqləndirməyi bacarırlar:
«Şahzadə Dian-nın ölümündən sonra ovaxtkı baş nazir Toni Bleyerin göz yaşları ona böyük rəğbət qazandırmışdı. Ələlxüsus, kraliça ailəsi üzvlərinin bu ölümlə bağlı gözüyaşlı görünmədiyi bir zamanda. Lakin Bleyer çətinə düşərkən, çox tez-tez bu üsuldan yararlandı və bu, get-gedə sifarişli göz yaşlarını xatırlatdı». («Azadlıq» radiosunun xülasəsi)