Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:59 | 27 yanvar 2017 | Cümə
Məqaləyə 1185 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The New York Times» qəzeti yeni ABŞ prezidenti Donald Trampın Ağ Evə öncə həyəcan və qorxuyla yanaşdığını, amma indi çox şeydən xoşlandığını yazır. Bu haqda qəzetə prezidentin köməkçiləri, sonra da özü danışıb. Məsələn, D.Tramp Ağ Evdəki telefonları çox bəyəndiyini deyib: «Bunlar həyatımda gördüyüm ən gözəl telefonlardır».
«Ən təhlükəsiz sistem»
Prezidentin xoşuna gələnlərdən biri də yeni evindəki təhlükəsizlik sistemidir: «Dünyanın ən təhlükəsiz sistemi… sözlər də ağızdan çıxan kimi partlayır», – prezident gülərək əlavə edib. Bununla o, danışdıqlarını kimsənin qeydə almadığına, kimsənin onu dinləmədiyinə işarə edib.
«The New York Times» D.Trampla onun Ağ Evdə keçirdiyi 5-ci gün söhbət edib. Prezident burda da səhər rejiminin «Trump Tower»dəkindən fərqlənmədiyini, hər səhər saat 6-da oyandığını, televizora baxdığını (Ağ Evə ilk dəfə kabel televiziyası çəkilib), sonra iqamətgahın sol qanadındakı kiçik yemək otağına keçdiyini, qəzetləri – «The New York Times», «The New York Post», indi həm də «The Washington Post»u gözdən keçirdiyini söyləyib.
Ancaq Ağ Evdə toplantılar, D.Trampın dediyinə görə, onun öyrəşdiyindən tez – səhər saat 9-da başladığından o, televizora əvvəlki kimi çox baxa bilmir. Əvəzində, kitab oxumadığına görə axşamlar prezidentin televizora çoxlu vaxtı qalır.
Aradakı vaxt ərzində D.Tramp sərəncamlara imza atdığını, toplantılar keçirdiyini deyir.
«Yaman çox iclas var»
«Yaman çox iclas zalı var», – D.Tramp «The New York Times»a Ağ Ev haqda danışanda belə deyib. Qəzet prezidentin Kabinet otağı və Ruzvelt otağını nəzərdə tutduğunu ehtimal edir.
Müəllif Ağ evin D.Trampın gecələdiyi ən məşhur tikili, həm də onun öz mülklərindən sonra yeganə məşhur tikili olduğunu qeyd edir və bunun ona çox təsir etdiyini yazır. Öz mülkü də ekstravaqant və qızılı əşyalarla dolu olsa da, D.Tramp köməkçilərinə Ağ Evin əzəmətindən vəcdə gəldiyini, geniş otaqların bu başından o başına xeyli məsafə qət etməli olduğunu deyib.
Qəzet yeni prezidentin, hələ ki, daha çox Oval kabinetdə işləməyə, ya da oturub tamaşa etməyə üstünlük verdiyini yazır. Onun komandasının və ailəsinin üzvləri də belə edirlər. «Yanıma gələnlərin də burda bir qədər qalmaq, tamaşa etmək istədiyini görürəm», – D.Tramp belə deyib.
Bu rejimə öyrəncəlidir
«The New York Times» yazır ki, yaşadığı yerdə işləmək D.Trampa sələfləriylə müqayisədə daha asan olacaq. Çünki o, eyni binada yaşayıb-işləməyə 10 illərdir öyrəşib. D.Tramp hər gün «Trump Tower»in 58-ci mərtəbəsində yerləşən mənzilindən aşağı – 26-cı mərtəbədəki kabinetinə düşür, Mərkəzi Parka baxan iş otağına keçirmiş.
Keçmiş prezidentlərdən bəziləri Ağ evdə «dustaq» kimi qaldıqlarına etiraz ediblərmiş. Məsələn, Corc Buş havaya çıxmaqdan ötrü darıxdığını deyirmiş. «Amma cənab Tramp günlərlə təmiz hava almadan qala bilər», – «The New York Times» belə yazır.
Qəzet yeni prezidentin xanımı Melaniyanın elə inauqurasiyadan bir gün sonra 10 yaşlı oğlu Barronu da götürüb Nyu-Yorka qayıtdığını xəbər verir: «Beləliklə, Trampın dostu televizor və köməkçilərinin etirazlarına baxmayaraq, köhnə və heç də təhlükəsiz olmayan Android telefonudur». (Tərcümə: «Azadlıq Radiosu»)