Şimali Koreya müqaviləyə bağlı olmadığını bəyan etdi
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
13:58 | 30 yanvar 2017 | Bazar ertəsi
Məqaləyə 2685 dəfə baxılıb
Şriftin ölçüsü
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ-ın yeni prezidenti Donald Tramp «Əl-Qaidə» terror şəbəkəsinə qarşı ilk xüsusi əməliyyatı sanksiyalaşdırıb. Virtualaz.org xəbər verir ki, Trampın əmri ilə bu gün səhər saatlarında ABŞ xüsusi təyinatlıları Yəmən ərazisinə daxil olub və «Əl-Qaidə-Ərəb yarımadasında» terror qruplaşmasının mənzil qərargahını darmadağın edib. Bu zaman xüsusi təyinatlılar da itki verib. Əməliyyatın forması Pakistanda «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsi əməliyyatını xatırladıb.
Əməliyyat barədə ilk xəbərlər hələ səhər saatlarında yayılıb. Orada deyilirdi ki, Amerika xüsusi təyinatlıları pilotsuz təyyarələrin və vertolyotların köməyi ilə hücum ediblər, azı 30 terrorçu öldürülüb, dinc sakinlər də daxil olmaqla xeyli adam yaralanıb.
Daha sonra ABŞ-ın Mərkəz Komandanlığı (CENTCOM) əməliyyat barədə rəsmi məlumat yayıb. Məlumata görə əməliyyat regionda ən fəal və ən qanlı terror birləşməsi olan «Əl-Qaidə-Ərəb yarımadasında» qruplaşmasına qarşı Yəmənin əl-Bayda əyalətinin Yakla kənd rayonunda keçirilib. Mərkəz Komandanlığı bildirir ki, Amerika ordusunun əməliyyata cəlb olunmuş uçan aparatı əməliyyatın keçirildiyi yerin yaxınlığında sərt eniş edib, bu zaman bir hərbçi yaralanıb. Həmin uçan aparatın yenidən havaya qalxması mümkün olmadığından onun məhvinə qərar verilib.
«Reuters» isə bildirir ki, Amerika xüsusi təyinatlıları prezident Trampın əmri ilə bu əməliyyatı keçiriblər və bir nəfər itki veriblər. Bu, Trampın prezidentliyi dövründə ABŞ ordusunun ilk döyüş itkisidir. Əməliyyat zamanı «Əl-Qaidə Ərəb yarımadasında» qruplaşmasının lideri Abdulrauf əl-Dahab öldürülüb. Şahidlərdən biri danışıb ki, əvvəlcə səhər açılana yaxın əl-Dahabın evini pilotsuz təyyarələr bombardman ediblər. Daha sonra evin damına vertolyotlardan xüsusi təyinatlılar eniblər və içəridəkilərin hamısını öldürüblər. Xüsusi təyinatlılar döyüş meydanını tərk etməzdən əvvəl qaçan yaraqlılar onlara atəş açıblar. Bu zaman yaraqlıları vertolyotlardan güllələyiblər, ətrafda xeyli adam ölüb və evlər dağılıb.
«Əl-Qaidə» özünün «Telegram» hesabında əl-Dahabın öldüyünü təsdiqləyib, onu və əməliyyatda öldürülən digərlərini «müqəddəs döyüşçü» elan edib. Nə qədər terrorçunun öldüyü açıqlanmır, ancaq şahidlər deyiblər ki, əməliyyatın keçirildiyi yerdən 30 cəsəd yığıblar. Onların arasında 10 qadın və 3 uşaq da olub. Pentaqon əməliyyatda 14 terrorçunun öldürüldüyünü bildirir. Reyd zamanı əsir götürülməyib, ancaq hərbi komandanlıq bildirir ki, xüsusi təyinatlılar «hazırlanmaqda olan terror aktlarından xəbər verən» informasiyalar əldə edə biliblər.
Xatırladaq ki, bir gün əvvəl Tramp «İslam dövləti» terror qruplaşmasının məhv edilməsinə dair plan hazırlanması üçün Pentaqona sərəncam verib. Tramp seçkiqabağı vədlərində radikal islamçılara qarşı sərt mübarizə aparacağını vəd etmişdi.