Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
20:49 | 2 fevral 2017 | Cümə axşamı
Məqaləyə 1191 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
Misirdə Əbdülfəttah Sisi hökumətinin siyasi mövqeyi sabit olduğundan Amerikanın yeni prezidenti Donald Tramp iki tərəf arasında normal münasibətlərin bərpa etməyə çalışır.
D.Trump və Ə.Sisi arasında ilk birbaşa görüş hələ ötən il sentyabrın 20-də keçirilib. BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı Misirin dövlət başçısı prezidentliyə namizəd olan Trampla görüşüb. Bundan əlavə, ötən müddətdə onlar arasında telefon danışığına qədər Ə.Sisi Trampa iki məktub göndərib.
2016-cı il noyabrın 9-da göndərilmiş məktubda Ə.Sisi prezident seçkilərində qazandığı qələbə münasibətilə D.Trampı təbrik edib. Məktubda deyilirdi ki, «Sizin prezident seçilməniz Qahirə və Vaşinqton arasında münasibətlərdə yeni ruh verəcək". Bundan əlavə, hələ inauqurasiyadan bir qədər əvvəl, habelə misirli həmkarı ilə telefon danışığı zamanı da ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları müzakirə olunub. Üstəlik D.Tramp rəsmi olaraq prezident vəzifəsinin icrasına başladıqda da Qahirə hökuməti ona təbrik mesajı göndərib.
Vaşinqtonla Qahirə arasında münasibətləri yaxşılaşdırmaq üçün D.Trampın səyləri nəyə hesablanıb?
İlk növbədə, hər iki tərəfin Suriya böhranına mövqeləri bir-birinə yaxındır. Misir hökuməti ilə əlaqələrin gücləndirilməsi Ağ Ev sahibinə Suriyada öz siyasətini gerçəkləşdirməyə imkan verəcək. Əlbəttə, D.Trampın Suriyaya dair öncədən elan etdiyi yeni siyasətə sadiq qalıb-qalmayacağını da gözləyib-görməliyik.
Sisi və Tramp arasında münasibətlərin yaxşılaşdırılması üçün əsas şərt «Müsəlman Qardaşlar» hərəkatı ilə bağlı vahid mövqeyin yaranmasıdır. Prezidenti Ə.Sisi Misirdə hakimiyyətə gələndən bəri «Qardaşlar» terrorçu və bir nömrəli düşmən hesab olunur. Digər tərəfdən, Tramp öz məsləhətçisi Vəlid Faresin (livan mənşəli xristian, Yaxın Şərq üzrə tanınmış ABŞ eksperti – red.) rəyi əsasında «Müsəlman Qardaşlar»ın ekstremist qrup olduğunu bilir. Bundan əlavə, son xəbərlərə görə, artıq Donald Tramp yaxın adamlarına «Qardaşlar»a qarşı sanksiyaların tətbiq edilməsi üçün məsələni araşdırmaq tapşırığı verib.
ABŞ prezidentinin Misir-Amerika əlaqələri ilə bağlı xüsusi mülahizələrində daha bir mühüm məqam «sionizmin təhlükəsizliyinin təminatı»dır. Trampa məlumdur ki, Misir işğal olunmuş ərazilərə yaxın coğrafi mövqeyə malikdir və İsrailin varlığının saxlanılmasında vacib rol oynayır. Rəsmi Qahirə ilə əlaqələrin möhkəmliyi İsrailin təhlükəsizliyini təmin edir, Tel-Əvivə qarşı mümkün hərəkətlərin qarşısını alır.
Barak Obamanın səkkiz illik prezidentliyi dövründə Vaşinqton və Qahirə arasında münasibətlərin gərginliyinə şahidi olurduq. Buna səbəb «Müsəlman Qardaşlar» idi. Bundan başqa, 2013-ci ildə Obama administrasiyası Misirə hərbi yardım qismən dayandırmışdı. Doğrudur, bu yardım 2015-ci ilin martında bərpa edilib, lakin iki tərəf arasında münasibətlər «qızıl dövrü»nə qayıtmadı. Bölgədəki siyasətdə bəzi mübahisələr və gərginliklər qalırdı.
Valid Fares bununla əlaqədar olaraq Misirin «əl-Yəvm əs-Sab» nəşrinə müsahibəsində təkidlə deyib: «Amerikanın yeni rəhbərliyi Misiri unutmamalıdır və ölkənin bütün sahələrində ona kömək etməlidir». Sonra o, əlavə edib: «Vaşinqton Misirin yaxın dostudur və Tramp Misirə böyük əhəmiyyət verir. Buna görə də Yaxın Şərq və Şimali Afrika bölgəsində Trampın ilk səfəri Qahirəyə olacaq». (strateq.az)