Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:10 | 3 fevral 2017 | Cümə
Məqaləyə 1147 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasının ardından çox müzakirə edilən qərarları yeni bir mübahisəni ortaya çıxarıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Trampın bütün dünyanın reaksiyasını çəkən qərarlara imza atmasının ardından ABŞ-da dövlət çevrilişi ssenariləri də gündəmə gəlməyə başlayıb.
«Amerika Foreign Policy» jurnalında bir yazı qələmə alan Corctaun Universitetinin hüquq professoru Rosa Brooks, Trampın prezidentlikdən necə uzaqlaşdırılacağına dair ehtimalları yazıb.
Brooks, ehtimallar arasında hərbi çevrilişin ola biləcəyini də bildirib.
O, yazısında bu ifadələrə yer verib: «Trampdan xilas olmağın əslində dörd yolu var. Əlbəttə, ilk olaraq hər kəs 2020-ci il seçkilərini gözləyəcək. Amerika seçicilərinin yəqin ki, ağlı başına gələcək və onu vəzifədən atmağa hazır olacaqlar.
Ancaq belə bir dəhşətli fəlakətin ardından dörd il gözləmək uzun bir zaman kimi görünür. Bu bizə ikinci variantı qarşımıza gətirir: «Vəzifədən kənarlaşdırma».
Amerika Konstitusiyasında Nümayəndələr Məclisinin sadə əksəriyyəti Trampı vətən xainliyi, rüşvət və digər yüksək cinayətlər ilə ağır pozuntulardan dolayı uca divanda günahlandıra bilərlər. Əgər Tramp Senatda üçdə iki səsverməyə məhkum olarsa, Tramp vəzifədən kənarlaşdırmaq olar. Onsuz da amerikalıların üçdə birindən çoxu Trampın həbsə atıldığını görmək üçün əsəbiləşir».
Hüquq professoru Rosa Brooks yazısında, həmçinin, başqa bir ehtimaldan da yazır. O qeyd edir ki, bu, yaxın vaxta qədər Amerika Birləşmiş Ştatlarında düşünülməyən hərbi çevriliş ehtimalıdır. Bu ehtimala hərbi liderlərin Trampın əmrlərinə tabe olmalarını rədd etməsi də daxildir.
Keçdiyimiz aylarda da «Vaşinqton Post» qəzetində bir yazı qələmə alan Coş Rogin, Trampın Obama dövründəki yüksək səviyyəli zabit və generalları ləğv edəcəyini demiş, mülki-hərbi münasibətlərdə dərin çatlaqlara səbəb olacağını bildirmişdi.
Rogin yazırdı: «Tramp İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizədə yer üzündəki bütün generallardan daha çox şey bildiyini iddia edib. Əlavə olaraq Obama dövründəki komandirləri çınqıl yığını kimi qiymətləndirib. Prezident seçilən Tramp yəqin ki, 30 gün içərisində yüksək səviyyəli generalları toplayacaq. Amma bu yəqin ki, fərqli generallar olacaq».