Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:32 | 9 fevral 2017 | Cümə axşamı
Məqaləyə 1194 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bir qrup ABŞ senatoru Donald Tramp administrasiyasının Rusiya üzərinə qoyulmuş sanksiyaların qaldırılması üçün ediləcək hər hansı cəhdinin qarşısının alınması məqsədilə qanun layihəsi təklif edib.
VAXT.AZ «Azadlıq radiosu»na istinadən bildirir ki, «Rusiya Sanksiyalarına Baxılması» («Russia Sanctions Review Act») haqqında qanun layihəsini dəstəkləyənlərin arasında həm demokrat, həm də respublikaçı senatorlar var və bu qanunun qəbul edilməsi təşəbbüsü Konqresin Tramp administrasiyasının Rusiya siyasətindən narahatlığını nümayiş etdirir.
Tramp dəfələrlə işarə edib ki, Rusiya ilə Suriyada terrorçulara qarşı mübarizə kimi sahələrdə daha çox əməkdaşlığa can atacaq. Üstəlik, onun administrasiyası Ukrayna və başqa məsələlər barədə əvvəlki administrasiyanın siyasətinə zidd və Moskvanın mövqeyi ilə daha çox səsləşən bəyanatlar verib.
Senatorlar, respublikaçı Lindsey Qraham və demokrat Ben Karden tərəfindən də dəstəklənən bu qanun layihəsi Tramp administrasiyasının Rusiya üzərindəki sanksiyaları qaldımağa yönəlmiş hər hansı bir addımının konqres tərəfinfən dayandırılması və konqresə buna veto qoyulması hüququnun verilməsini nəzərdə tutur.
«Rusiya Sanksiyalarına Baxılması haqqında qanunvericilik təşəbbüsünə səbəb odur ki, biz prezidentin sanksiyaları azaldacağı və ləğv edəcəyi barədə dediklərini dəfələrlə eşitmişik» – deyə senator Cardin fevralın 8-də deyib.
Onun sözlərin görə bu qanun, «prezident geniş dəstək və anlaşma olmadan siyasətimizi dəyişmək istədiyi hallarda konqresin hərəkətə keçməsinə imkan yaradır».
Qanun layihəsinin irəli sürülməsində senatorlar, respublikaçılar Con Makkeyn, Marko Rubio və demokratlar Kleyr Makkaskill və Şerrod Braun da iştirak ediblər.
Trampdan əvvəlki prezident Obama Moskva Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra Rusiyanın bir sıra yüksək vəzifəli rəsmilərinin aktivlərini dondurub, özlərinə isə viza qadağanı qoyub.
Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqı bildirirlər ki, Rusiya həm də Ukraynanın şərqində Kiyevə qarşı döyüşən separatçıları dəstəkləyir.
Ukraynanın Donbas vilayətində davam edən münaqişədə indiyədək 9750 nəfər həlak olub.
Senator Makkeyn deyib ki, yeni qanuna görə sanksiyaların yumşaldılması Moskvaya yanlış mesaj verə bilərdi, çünki «Vladimir Putin öz vətəndaşlarına zülm etməkdə, siyasi opponentlərini məhv etməkdə, qonşu ölkələrə soxulmaqda davam edib və ABŞ seçkisini təsirləndirmək üçün müdaxilə edib».
Senator vurğulayıb ki, konqres Rusiyanı onun beynəlxalq qanunları pozduğuna və ABŞ təsisatlarına kiberhücumuna görə məsul tutmaqda davam etməlidir.
Yeri gəlmişkən Moskva senator Makkeyni heç bir əsas olmadan antirusiya hay-küyü yaratmaqda ittiham edib.
Senator Karden isə deyib ki, sözü gedən qanunvericilik aktı 2015-ci il «İran Nüvə Sazişinə Baxlması» haqqında qanunun modeli əsasında tərtib edilib. Həmin qanun konqresə İrana dair qərarların qəbulu zamanı öz sözünü demək imkanı verir.