Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:33 | 16 fevral 2017 | Cümə axşamı
Məqaləyə 1075 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Suriyadakı yanlış siyasətimizin «ən böyük səhvi» olan Əl-Bab əməliyyatı «kədərli hadisələr»lə müşayiət olunmaqla hələlik davam edir. Demək olar, aydındır ki, türk hərbçiləri geri çəkilməli olacaqlar. Biz sanki bu anı uzatmağa çalışırıq. Bununla belə prezident bu günlərdə Bəhreyndə yeni hədəflərdən danışıb. Söhbət Mənbic və Rakkadan gedib. O deyib ki, əsas məqsəd bu rayonların İŞİD-dən təmizlənməsi, sülh və yerli sakinlərin öz evlərinə dönüşüdür.
İndiki anda hərbi əməliyyatıar davam edir, sonra nə olacaq, görərik.
Biz dəfələrlə soruşmuşuq: «Biz Əl-Babda nə edirik?» Əvvəllər cavab «satqınlar, qiyamçılar, agentlər, gülənçilər» ruhunda iyrənc uydurmalardan başlanırdı.
Sonra dedilər: «Biz İŞİD-i durdurmalıyıq, bundan savayı isə «Demokratik Birlik» Partiyasına (PYD) dəhliz yaratmağa imkan verməməliyik».
Bunlardan hansını etməyə nail olmuşuq?
Dəqiq bilmirik. Bizə məlum olan yeganə şey budur ki, milyonlarla suriyalı Türkiyədə yaşayır, rəşadətli oğullarımız onların torpağına yollanıb, 64 nəfər həlak olub, çoxları yaralanıb, həmçinin hərbçilərin ehtiyacı, silah-sursat və avadanlığa milyardlarla lirə itirilib.
Hökumətimiz və ardıcılları «nağıllar» danışır, hətta deyirlər ki, az qala, Amerika və Rusiyaya yön veririk. Lakin bölgədən gələn məlumatlar əksindən xəbər verir.
Məsələn, Rusiya aviasiyası türk hərbçilərinin yerləşdiyi binanı niyə yerlə yeksan edib?
Baş Qərargah dərhal açıqlama verib: «Bu, dost atəşi idi, səhv baş verib». Sonra bildirdilər ki, Putin Ərdoğana zəng edərək başsağlığı verib və üzr istəyib.
Buna baxmayaraq, başqa faktlardan da danışılır.
Qeyd olunur ki, Rusiya Türkiyəyə deyib: «Siz Əl-Babda sözünüzün üstündə durmadınız, şəhərə girməməyi vəd etmişdiniz, lakin yenə də girdiniz».
Hətta iddia olunur ki, Türkiyə hərbçiləri şəhər girməyə hazırlaşan Suriya və Rusiya hərbçilərinə atəş açıblar. 12 Suriya hərbçisi öldürülüb, səkkizi girov götürülüb.
Hesab olunur ki, ruslar türk hərbçilərinin yerləşdiyi binanı xarabazarlığa çevirib Türkiyəni hədələyiblər.
Putin Ərdoğanla telefon söhbətinin gedişində nəinki üzr istəyib, hətta deyib: «Siz yenə də öz vədinizə əməl etmədiniz, bu mənim son xəbərdarlığımdır, bölgəni tərk edin, Suriyaya qarşı Azad Suriya Ordusunun tərəfində durmayın, əks halda qarşınızda bizi görəcəksiniz».
Türk hərbçiləri Əl-Baba doğru hərəkətlənəndə prezident Ərdoğan bildirmişdi: «Biz Suriyaya girmişik ki, tiran Əsədi devirək». Bir gün sonra isə qəflətən sözündən imtina edib dedi: «Mənim sözlərim təhrif olunub».
O gündən bəri sual etməkdən əl çəkmirəm: «Əl-Bab İŞİD-dən təmziləndikdən sonra nə olacaq? Suriya ordusu gəlsə, ASO ilə birgə Suriyaya qarşı vuruşacağıq?»
Görünür, Əl-Babdan getməyin vaxtı çatıb.
Lakin vətən oğullarının həlakına görə kim cavab verəcək?