... Neft bahalaşdı
BƏƏ-nin OPEC qərarından sonra ...
20:06 | 20 mart 2017 | Bazar ertəsi
Məqaləyə 2181 dəfə baxılıb
Şriftin ölçüsü
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Bu gün – martın 20-də ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komi Nümayəndələr Palatasının kəşfiyyat komitəsində ifadə verəcək. Komitə Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərindəki rolunu araşdırır. Kominin bu məsələylə bağlı çoxdan gözlənən sualları, eləcə də prezident Donald Trampın danışıqlarının dinlənməsi barədə sualları cavablandıracağı gözlənilir.
«Fox News» yazır ki, cümə günü Ədliyyə Departamenti Komitəyə Trampın prezident seçkisi zamanı danışıqlarının dinlənməsi iddiasına dair xahiş olunan informasiyanı verib. Amma komitə sədri, Kaliforniyadan olan respublikaçı Devin Nunes onlara hansı informasiyanın göndərildiyini açıqlamayıb. O, «Fox News Sunday» proqramına bildirib ki, Obama administrasiyasının «Trump Tower»i dinləməsi barədə əlində sübut-dəlil yoxdur.
«Prezident cismən gedərək nəyisə dinləmir. Burada digər məsələ adların açıqlanması, sızdırılmasıdır. Keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnlə bağlı bunun şahidi olduq. Bizi narahat edən odur ki, adların açıqlanmasına hansısa formada nəzarət olunurmu», – Nunes belə deyib.
Xatırladaq ki, M.Flinn Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində cəmi 3 həftə qalıb. Onun ruslarla bağlılığı haqda yazılardan sonra prezident D.Tramp onu istefaya göndərib. Kəşfiyyat M.Flinnin Rusiya səfiriylə tez-tez ünsiyyətdə olduğunu, hətta səlahiyyətlərini aşaraq səfirlə ABŞ-ın Rusiyaya sanksiyalarını müzakirə etdiyini üzə çıxarmışdı. Ceyms Kominin Rusiya məsələsindən az danışması konqresmenləri qıcıqlandırıb, onu yollarına daş qoymaqda günahlandırıblar.
Komitədə Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rogers də ifadə verəcək. ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxilə etməsi qənaətinə gəlib. Seçki vaxtı Demokratik Milli Komitənin, demokratların prezidentliyə namizədləri Hillari Klintonun seçki kampaniyasına məxsus e-mail-lər oğurlanıb və ictimaiyyətə açıqlanıb.
Nunes dinləmələrlə bağlı bazar günü deyib ki, «ilk dəfə olaraq, Amerika xalqı və bütün siyasi partiyalar Rusiyanın yaratdığı təhlükəyə diqqət ayırırlar». Ötən həftənin əvvəlində Komitə ölkənin 3 kəşfiyyat agentliyinə yazaraq 2016-cı ilin iyunundan bu ilin yanvarınadək haqqında kəşfiyyat bilgiləri toplanan amerikalılar barədə ayrıntıları istəyib. Komitə bilmək istəyir ki, bir vətəndaşın neçə söhbəti araşdırılıb, onların kimliyi açıqlanıbmı, bu zaman hüquqi tələblərə əməl edilibmi.
Ötən həftə Senatın kəşfiyyat komitəsi də martın 30-da oxşar dinləmə keçirəcəyini elan edib. Şahidlərin birinci paneli Rusiyanın təsir kampaniyalarının tarixi, ikinci qrupsa Rusiyanın bu fəaliyyətlərə dəstəkdən ötrü kiberəməliyyatlarından necə yararlanmasından danışacaq. Dinləmələrdə keçmiş kəşfiyyat rəsmiləri, biznes və akademik sektor təmsilçiləri də ifadə verəcəklər. («Azadlıq» radiosu)