ABŞ Ukraynaya 1500 aviabomba satdı
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
12:13 | 23 mart 2017 | Cümə axşamı
Məqaləyə 1288 dəfə baxılıb
Şriftin ölçüsü
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
ABŞ koalisiyasının təyyarələri ilk dəfə olaraq Suriyada Raqqa şəhəri yaxınlığındakı Tabqa su bəndi rayonuna desant çıxarıb. Pentaqon xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçüləri İŞİD terror birləşməsinin cəbhə xətti arxasına atılıb. Xəbərə görə hazırda su bəndi ətrafında şiddətli döyüşlər davam edir. Cəbhə xəttinin bu hissəsindəki İŞİD qüvvələri əsasən xarici cihadçılardan ibarətdir. Bu əməliyyatdan az əvvəl ABŞ koalisiyasına daxil ölkələrin nümayəndələri Vaşinqtonda görüşmüşdülər.
Dövlət Katibi Rex Tillerson martın 22-də keçirilən görüşdə iştirak edənlərə deyib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi «artıq vaxt məsələsidir». Pentaqon kürdlərin üstünlük təşkil etdiyi SDQ-nin ərəb döyüşçülərinin desant çıxarılmasında neçə təyyarənin iştirak etdiyi barədə məlumat verməyib.
Tabqa su bəndi İŞİD-in de-fakto paytaxtı Raqqanın 45 kilometrliyində yerləşir. Martın 22-də səhərin erkən saatlarında çıxarılan desant İŞİD cihadçıları üçün tam gözlənilməz olub. Ətraf əraziləri elektrik enerjisi ilə təmin edən Tabqa su anbarı İD döyüşçülərinin əsas istehkamlarından biri sayılır.
Koalisiyanın sözçüsü polkovnik Cosef Skroska deyib ki, desant çıxaran təyyarələrin hamısı sağ-salamat bazaya qayıdıb və desant atəş altına düşməyib. Bu da xəbər verilir ki, sözü gedən desant əməliyyatına havadan «Apache» helikopteri dəstək verib və bu ayın əvvəllərində Suriyaya gətirilmiş dəniz piyadaları İŞİD-in mövqelərini artilleriya atəşinə tutublar.
SDQ qüvvələri bildirib ki, onun döyüşçüləri Fərat çayının cənubunda dörd kəndi ələ keçirərək Raqqanı Hələblə birləşdirən magistral yolu kəsiblər. ABŞ koalisiyasının 2014-cü ilin dekabrından bəri ilk dəfə keçirilən iclasında dövlət katibi Tillerson deyib ki, ABŞ İslam Dövləti adlandırılan təşkilata qarşı döyüşən qüvvələrini gücləndirəcək. O deyib ki, ABŞ-ın siyasəti «qəddar terrorçu təşkilatı dağıtmaqdır». Dövlət katibi əlavə edib ki, Suriyaya axışan cihadçıların sayı ötən illə müqayisədə 90 faiz azalıb.
Tillerson bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin bütün müavinləri artıq məhv edilib. «Bağdadinin özünün belə bir aqibətlə üzləşəcəyi indi yalnız vaxt məsələsidir», – o, deyib.