
Petrosyanın öngörümü ...
... Yaxud tamamilə məhv olan ambisiyalar
... Yaxud tamamilə məhv olan ambisiyalar
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
Sərkisyanın istefasından keçən 1 ildə ...
Eks-prezident Ter-Petrosyan da istintaqda dindirəcək
Eks-prezident tələbəsini həm qoruyur, həm də...
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
Köçəryanın azad olunması çətinləşir
Ter-Petrosyan: «Ermənistan rəhbərliyində əclaflar, ...»
«Ermənistanda orta sinif məhv edilib»
Eks prezident seçkiyə qiymət verdi: «Seçkilərdən başqa nəticə gözləmək siyasi savadsızlıq olardı»
Ermənistanı etiraz dalğası gözləyir
Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
Ermənistan parlamentinin spikeri də eyni aqibəti yaşayıb
Qan və ölüm vəd edən Sərkisyan, yoxsa...
«Daşnaklar»: «Təslim olmaq da sülhə səbəb olan addımdır»
Ter-Petrosyan: «Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır»
Ermənistan parlamentinin yeni tərkibi nəzərdə tutulduğu kimi, 27 apreldə ilk iclasını keçirməkdən məhrum edilə bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu, sabiq prezident Levon Ter-Petrosyanın qərarından asılıdır. Belə ki, eks-prezidentin liderlik etdiyi Ermənistan Milli Konqresi bloku parlament seçkilərinin nəticələrinin ləğvi şikayəti ilə Konstitusiya Məhkəməsinə şikayət etsə, Ermənistan parlamentinin bu aya nəzərdə tutulan ilk iclası ertələnəcək.
Bununla bağlı konstitusiya hüquqları üzrə mütəxəssis Qrayr Tovmasyan mətbuata açıqlamasında deyib. Tovmasyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinə 14 aprel saat 18.00-dək şikayət ünvanlansa, o halda 15 gün ərzində şikayətin araşdırılmasına vaxt sərf olunacaq, bu müddət isə 29 apreldə başa çatacaq. Məhkəmənin yekun qərar verməsi halında erməni parlamenti 18 mayda ilk plenar iclasını keçirə bilər.
Hələ ki, Ermənistan Milli Konqresi məsələ ilə bağlı son qərarını elan etməyib. Hətta 9 apreldə MSK saxta nəticələri elan etdikdən sonra da blokun reaksiyası olmadı. Bundan əvvəl isə, saxta nəticələrin ləğvi üçün Ali Məhkəməyə şikayət olunmuşdu. Görünən budur ki, Levon Ter-Petrosyan Serj Sərksiyan hakimiyyətinin qara kölgəsinə çevrilib.