Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:52 | 3 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 436 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Levon Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. Həmin illərdə SSRİ Türkiyəyə qarşı ərazi iddialarının “humanitar əsası”nı təşkil etmək üçün xaricdəki ermənilərin Ermənistana köçünə çalışırdı. Ter-Petrosyan ailəsi də o zaman – 1946-cı ildə ailəsi Ermənistana daşınıb.
İxtisasca filoloq olan Levon 1988-ci illərin sonlarında “Qarabağ” komitəsinə və Erməni Ümummilli Hərəkatına (EÜH) qoşulur. 1989-cu ilin noyabrında EÜH sədri, 1990-cı ilin yayında parlamentin spikeri seçilir. Nəhayət, 1991-ci ilin oktyabrında ilk prezident seçkilərində qalib gəlir. 1996-cı ildə ikinci dəfə bu posta seçilir.
1997-ci ilin sentyabrında verdiyi müsahibəsində Qarabağ konfliktinin perspektivi ilə bağlı söylədiyi fikirlər təkcə Ermənistanda deyil, Azərbaycanda və bir çox ölkələrdə geniş rezonans doğurdu.
Ter-Petrosyan bildirirdi ki, status-kvo davam edə bilməz, bu halda ermənilər hər şeyi itirəcəklər. Qarabağın Ermənistana birləşdirilməsini və ya müstəqil olmasını da real hesab etmir. Deyir ki, Azərbaycan bunu tanımayınca heç bir ölkə tanımayacaq. Azərbaycanın tanıması üçün isə gərək ermənilər Bakını tutsun, bu da mümkün deyil.
Konfliktin “paket həlli”ni Bakının qəbul etmədiyini deyən Ermənistan prezidenti mərhələli həllə razı olacağına eyham edir. Onun sözlərindən anlaşılır ki, ermənilər savaşda qələbələrini Qarabağ üçün maksimum yüksək statusa dəyişməlidirlər. Bir halda ki, müstəqillik və ya Ermənistana birləşmək mümkün deyil, Qarabağ de-yure Azərbaycanın tərkibində qalmalı olacaq, bu zaman de-fakto müstəqilliyə yaxın status qazanmağa çalışmaq lazımdır.
Bu müsahibə Ermənistanda siyasi böhran yaratdı. Baş nazir Robert Köçəryan, müdafiə naziri Vazgen Sərkisyan, daxili işlər və milli təhlükəsizlik naziri Serj Sərkisyan prezidentə qarşı çıxdılar. Mümkün hərbi çevriliş perspektivi qarşısında qalan Ter-Petrosyan həyatı üçün əndişə keçirdimi, yoxsa belə bir çevrilişin Ermənistanın beynəlxalq imicinə ziyan vuracağından çəkindimi – ya da səbəbin hər ikisinə görəmi – 27 il öncə bugünkü gün – 1998-ci il fevralın 3-də istefa verdi.
Prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan martda prezident seçildi. Bundan sonra İrəvan status-kvonu saxlamaq xəttinə keçdi.
Ter-Petrosyanın ermənilərin hər şeyi itirəcəkləri ilə bağlı proqnozu daha qısa müddəti ehtiva edirdi, gerçəklikdə bir qədər uzun çəkdi, amma nəticədə düz çıxdı. Erməni faşizminin ambisiyaları 22 il sonra da olsa tamamilə məhv iflas oldu.
Bəzən öz ambissiyalarına qalib gəlməyi bacarmaq lazımdır. Bu isə psixoloji cəhətdən çətindir və öhdəsindən gəlməyəndə kollapsla nəticələnə bilər.