Alyaska səmasında hərbi fəallıq artır
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
17:20 | 17 aprel 2017 | Bazar ertəsi
Məqaləyə 2111 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
Cənubi Koreyada səfərdə olan ABŞ vitse-prezidenti Maykl Pens iki Koreyanı ayıran demilitarizə olunmuş zonaya baş çəkəndən sonra paytaxt Seula gedib və orada prezident Xvan Qyo Anla danışıqlar aparıb.
Virtualaz.org xarici KİV-lərə istinadla xəbər verir ki, Mayk Pens bu danışıqlar zamanı da Şimali Koreya rejiminə qarşı sərt ritorikanı davam etdirib.
Vitse-prezident bildirib ki, əgər Pxenyan yeni təxribatlara əl atsa ABŞ-ın sərt cəza tədbirləri ilə qarşılaşacaq. Onun sözlərinə görə, Şimali Koreyanın adi və ya nüvə silahlarından istifadəsinə ABŞ və Cənubi Koreyanın cavabı «sarsıdıcı və effektiv» olacaq. Mayk Pensin sözlərinə görə, Vaşinqton və Seul Şimali Koreyanın raket və nüvə sınaqlarına daha dözmək niyyətində deyil. O, Pxenyana məsləhət görüb ki, bu günlərdə Suriyaya endirilmiş «Tomoqavk» zərbələrini nəzərə alsın.
ABŞ vitse-prezidenti və Cənubi Koreya prezidenti yarımadada THAAD raketdən müdafiə sisteminin yerləşdirilməsi planının qüvvədə olduğunu deyib və Pekinin Seula təzyiq göstərməməsindən təəsüf ifadə ediblər.
***
11:11
Birləşmiş Ştatlar administrasiyası yeni nüvə və ballistik raket sınaqlarına can atan Şimali Koreya rejiminə qarşı ritorikanı getdikcə sərtləşdirir.
Virtualaz.org xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Koreya yarımadasına, Cənubi Koreya ilə Şimali Koreyanı ayıran demilitarizə olunmuş zonaya səfər edərək oradan Pxenyana sərt mesajlar göndərib. Maykl Pens deyib ki, ABŞ həmişə sülhə can atıb, amma həmişə sülhə güc vasitəsi ilə nail olub.
Vitse-prezidentin bildirdiyinə görə, Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyasının Şimali Koreyaya münasibətdə strateji dözüm nümayiş etdirməsinin sonu gəlib çatıb. «Bizim administrasiyanın səbri tükənib və artıq «strateji dözüm» siyasətini davam etdirmək niyyətimiz yoxdur. ABŞ Koreya yarımadasında təhlükəsizliyin danışıqlar və sülh yolu ilə təmin olunmasında qəti şəkildə qərarlıdır. Lakin bütün variantlar masa üzərindədir və Vaşinqtonun Seul qarşısındakı müttəfiqlik öhdəlikləri sarsılmazdır», - Maykl Pens deyib.
Xəbər verilir ki, Pens bu gün aprelin 17-də səhər saatlarında Cənubi Koreyadakı Kemp-Bonifas Amerika hərbi bazasına baş çəkib, orada generallarla və hərbçilərlə müşavirə keçirib. Bu səfər ABŞ-ın Şimali Koreya sahillərinə «Karl Vinson» təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşması göndərməsinin ardınca baş verir. İki gün əvvəl Şimali Koreya növbəti ballistik raket sınağını keçirib, ancaq sınaq uğurlu olmayıb.