Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:59 | 26 aprel 2017 | Çərşənbə
Məqaləyə 2338 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın nüvə enerjisiylə işləyən sualtı qayığı, USS Michigan, çərşənbə axşamı Cənubi Koreyaya çatıb və bu iki ölkənin dəniz donanmaları Koreya yarımadasının qərbindəki sularda Yaponiya ilə birgə hərbi təlimlər keçirilər.
Dəniz təlimlərinin çərşənbə gününədək davam edəcəyi gözlənilir. Həmin gün prezident Donald Tramp Şimali Koreyaya ilə bağlı məxfi brifinq üçün 100 senatordan hər birini Ağ Evə dəvət edib.
Brifinq müdafiə naziri Cim Mattis, dövlət katibi Reks Tillerson, milli kəşfiyyat idarəsinin direktoru Dan Koats və birgə qərargahlar rəisi general Co Danford tərəfindən keçiriləcək.
Qanunvericilərə tez-tez Konqresdə gizli brifnqlər keçirilsə də, bu cür brifinqlərin Ağ Evdə baş tutması və bütün senatorların iştirak etməsi nadir görülən haldır.
Bazar ertəsi Ağ Evdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzv ölkələrinin səfirləri ilə nahar yeməyi zamanı ABŞ prezidenti «Şimali Koreyada»kı status-kvoyu qəbuledilməz adlandırıb.
Tramp deyib ki, Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə və balistik raket proqramlarına qarşı əlavə və daha güclü sanskiyalar tətbiq etməyə hazır olmalıdır.
«Şimali Koreya bütün dünya üçün böyük problemdir və biz bu problem həll etməliyik. İnsanlar on illərdir buna göz yumurlar amma indi artıq bu problemin həll olunma zamanıdır», deyə prezident əlavə edib.
Donald Tramp bu sözləri Şimali Koreyanı müzakirə etmək üçün Yaponiya, Çin və Almaniya liderləri ilə telefon danışqları aparandan sonra deyib.