
Ruhani ABŞ-a səsləndi
“Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”
“Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”
Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfi arvadının qətlində günahlandırılır
İran prezidentinin qardaşı fırıldaqçılıqda və korrupsiyada təqsirləndirilir
Ruhani ABŞ-ı hədələdi
Xamneyi Amerikanı “təhdid” etdiyi halda, Ruhani müzakirələrə hazır olduğunu deyir
İslahatçıların ətrafı daralır
Onlardan biri gözlənilən idi, digəri isə …
Rusiyalı ekspert iranlı nazirin istefa məktubunu şərh etdi
Vəfasızlıqdan şikayətlənən XİN-in sabiq rəhbəri istefa məktubunda nəyə eyham vurub?
Zərif getdi, Bəşər gəldi
Məhkəmə bağlı qapı arxasında keçirilir
Həsən Ruhani Pakistanı təhdid edib
Ruhani İranın raket proqramı haqda
Din xadimləri dövlətdən pul ala-ala müstəqil ola bilərmi?
Ruhani Avropa dəyərlərinə riayət etməyə çağırdı
Ərdoğan "atəşkəs" dedi, Putin razılaşmadı
Urmiya universitetində seçkilərlə bağlı hazırki hakimiyyətin müxalifləri və tərəfdarları arasında mühazirə keçirilib. Universitetin Öyrənci Bəsici Qurumunun təşəbbüsü ilə keçirilən mühazirədə öyrəncilərin sərbəst çıxışı üçün vaxt ayrılıb. Münazirədə Daryuş Qənbəri hakimiyyət tərəfdarı və Qasim Rəvanbəxş hakimiyyətə müxalif tərəf kimi çıxış ediblər. Onlar Həsən Ruhani hakimiyyətinin xarici siyasətini müzakirə ediblər.
Vaxt tələbələrə çatdıqda azərbaycanlı fəal Əli Dərgahi tribunaya qalxıb.
«Vaxt az olduğundan, həmçinin son 40 il müddətində mühafizəkarlar və islahatçıların Azərbaycana heç və heç diqqət yetirməməsi və bu məsələnin müzakirəyə çıxarılmaması səbəbindən mən bir başa mövzuya keçirəm: Bu, Azərbaycan məsələsidir. Lakin vurğulamalıyam ki, mərkəzdəkilərin və onların tərəfdarlarının istəyinə rəğmən biz yorulmamışıq və sonuna qədər gedəcəyik», - deyə azərbaycanlı mədəni fəal çıxışına bu sözlərlə başlayıb.
«Azərbaycan məsələsində keçmiş hakimiyyətlər bir-biri ilə ciddi bir şəkildə fərqlənmir. Ona görə də bilmirəm sözlərimi haradan başlayım! Hansı hakimiyyətdən bəhs edim! Sənaye və mədən sahəsi üçün Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindən 324 dəfə çox Kirmana büdcə vəsaiti ayıran cənab Haşiminin hakimiyyətindən başlayım! Yoxsa 2 min milli layihədən birini də Azərbaycana tətbiq etməyən islahat seyidinin hakimiyyətindən! Eləcə də cənab Əhmədinejadın hakimiyyəti. Hansı ki, onun ədaləti yalnız İsfahan vilayətinə nəsib oldu. Cənab Ruhaninin hakimiyyətinə gəlincə yenə də vəziyyət dəyişmir. Bu hakimiyyət konstitusiyanın 15-ci (ana dilinin tədrisi ilə bağlıdır) maddəsinin icra edilməsi ilə bağlı yalan vəd verdi, lakin heç nə etmədi. Hakimiyyət türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına dair verilən vədi yerinə yetirmək əvəzinə heç bir işə yaramayan qurum yaratdı və bununla da biz türklərin gözündən pərdə asmağa çalışdı.
Hansı yalanlardan danışım?! Hökumətin Azərbaycanın başına gələn fəlakətlərə laqeyd yanaşmasından?! Yoxsa «Hollywood» filmindən bəhs etməyi fəlakətə məruz qalan Azərbaycandan daha mühüm tutan Teleradio şirkətindən?! Bəlkə «Plasko» binasında ölənləri daha üstün tutanlardan bəhs edim?!
Problem Rzaxan dövründən miras qalmış faşizm təfəkküründən qaynaqlanır. Lakin bizim məqsədimiz gileylənmək deyil. Biz aciz bir şəkildə xahiş etmirik. Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabanı və Mir Cəfər Pişəvəri qiyamlarını görən Azərbaycan heç də aciz vəziyyətdə deyil. Azərbaycan sübut edib ki, lazım olduğunda özü öz başının çarəsinə baxa bilir və bu proses artıq başlayıb. Azərbaycan artıq başqa bir üsulla hərəkət edir, bunun xülyalarla yaşayan islahatçılar və mərkəzin üsulu ilə heç bir əlaqəsi yoxdur», - deyə Əli Dərgahi çıxışının bir hissəsində qeyd edib.
Məlumata görə, azərbaycanlı mədəni fəal çıxış edərkən problem yaratmaq məqsədi ilə mikrofon söndürülüb, bu, salondakı bütün öyrəncilərin etirazına səbəb olub. Mikrofon söndürülüb, əvəzində səslər yüksəlib. Necə deyərlər, təsir əks təsirə bərabər olub.