Qalibafdan sərt açıqlama
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
11:07 | 29 may 2019 | Çərşənbə
Məqaləyə 2915 dəfə baxılıb
Şriftin ölçüsü
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
İran hüquq-mühafizə orqanları prezident Həsən Ruhaninin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfini həbs ediblər. İSNA agentliyi xəbər verir ki, siyasətçi arvadnı güllələdiyini etiraf edib və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.
Nəcəfi ifadəsində bildirib ki, arvadını mübahisə zamanı öldürüb. Prokurorluğun bildirdiyinə görə Nəcəfi 5 dəfə atəş açıb, güllələrdən ikisi arvadına dəyib.
Bundan əvvəl Tehran polisi bildirmişdi ki, paytaxtın siyasi elita nümayəndələrinin və yüksək vəzifəli məmurların yaşadıqları Saadat Abad rayonunda, Nəcəfinin evində baş vermiş hadisədə onun əli yoxdur. Çünki hadisə zamanı Nəcəfi evdə olmayıb. Lakin daha sonra prokurorluq 35 yaşlı Mitra Nəcəfinin əri tərəfindən öldürüldüyünü açıqlayıb.
67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilmişdi, amma 2018-ci ilin martında səhhətinə görə istefa verib və prezidentin müşaviri olub. O, prezident Həsən Ruhaniyə yaxın siyasətçi hesab edilirdi. İslam respublikasında çoxarvadlılıq qadağan edilməsə də Nəcəfi ikinci arvad alanda sosial şəbəkələrdə kəskin tənqid olunmuşdu.
* * *
Tehranda İran Prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşı güllələnib.
Özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb.
Əvvəlcə insidentlə bağlı ətraflı heç bir məlumat verilməyib. Yalnız o bildirilib ki, öldürülən qadın Nəcəfinin ikinci həyat yoldaşıdır.
Amma son məlumata görə, arvadını Əli Nəcəfi özü öldürüb. Faktı artıq Tehran prokurorluğu da təsdiq edib. Oradan bildiriblər ki, cütlük arasında ailə problemi olub.
Qeyd edək ki, Nəcəfi Ruhaninin yaxın kadrlarından biridir. 2018-ci ilə qədər Tehranın meri olub.