
Ruhani ABŞ-a səsləndi
“Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”
“Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”
Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfi arvadının qətlində günahlandırılır
İran prezidentinin qardaşı fırıldaqçılıqda və korrupsiyada təqsirləndirilir
Ruhani ABŞ-ı hədələdi
Xamneyi Amerikanı “təhdid” etdiyi halda, Ruhani müzakirələrə hazır olduğunu deyir
İslahatçıların ətrafı daralır
Onlardan biri gözlənilən idi, digəri isə …
Rusiyalı ekspert iranlı nazirin istefa məktubunu şərh etdi
Vəfasızlıqdan şikayətlənən XİN-in sabiq rəhbəri istefa məktubunda nəyə eyham vurub?
Zərif getdi, Bəşər gəldi
Məhkəmə bağlı qapı arxasında keçirilir
Həsən Ruhani Pakistanı təhdid edib
Ruhani İranın raket proqramı haqda
Din xadimləri dövlətdən pul ala-ala müstəqil ola bilərmi?
Ruhani Avropa dəyərlərinə riayət etməyə çağırdı
Ərdoğan "atəşkəs" dedi, Putin razılaşmadı
Tanınmış iranlı vəkil, sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi, aprelin 29-da Beynəlxalq İnsan Hüquqları Kampaniyası fəallarına açıqlamasında İrandakı prezidentliyə namizədlərdən danışıb.
İbadi bildirib ki, İranda prezident seçkilərinə qatılacaq 6 namizəddən heç birinin insan hüquqları ilə bağlı keçmişi müsbət deyil: «Prezidentliyə namizədlərin heç birinin insan hüquqlarına münasibətdə keçmişdəki mövqeyi və rəftarı qəbuledilməzdir. Onların hamısının keçmişi bu baxımdan qaranlıq və mənfidir. Təəssüflər olsun ki, İranda Konstitusiyaya Nəzarət Şurası ölkə əhalisini «pis» və «ən pis» namizədlər arasından birini seçmək məcburiyyətində qoyub.
Prezidentliyə namizədlər arasında axund İbrahim Rəisinin insan hüquqlarına riayətlə bağlı keçmişi və stajı çox qara və ləkəlidir: «Rəisinin 1988-ci ildə siyasi məhbusların faciəli kütləvi qətliamında oynadğı rolu heç vaxt yadlardan çıxmır. Bəli, 1988-ci ildə xalqın fərqli düşüncəyə sahib günahsız cavanlarını sırf hakimiyyəti tənqid etdiklərinə görə dəstə-dəstə tutub edam etdikdən sonra qəbiristanlıqlara göndərəndə və onların hətta qəbirlərini belə ailələrindən gizlədəndə, İbrahim Rəisi ilə digər namizəd Mustafa Purməhəmmədinin baş vermiş bütün bu cinayətlərdə birbaşa əli və rolu olub. Bu isə heç vaxt unudulmayıb, unudulmayacaq da.
Prezidentliyə namizədliyini irəli sümüş indiki hökumət başçısı Həsən Ruhaniyə gəlincə, demək olar ki, onun da son dörd ildəki fəaliyyətində ölkədə insan hüquqları ilə bağlı vəziyyət o qədər də ürəkaçan olmayıb. Ruhani hökumətinin nəzarətində çalışan ETTELAAT Nazirliyi, həmin müddətdə çoxlu jurnalisti və mədəni fəalı tutub həbsə salıb, təzyiq və təqiblərə məruz qoyub. Ruhani isə bunların heç birindən boyun qaçıra bilməz».
İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək. Seçkilərdə 6 namizəd (Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba qatılıb) prezidentlik uğrunda bir-biri ilə rəqabət aparacaq.