
Türkiyənin cənubunda kritik saziş
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Orta Şərqin təmtəraq nümayişi
Livan hökuməti terror təşkilatını tərksilah edə bilmir
Dünyanın ən böyük tikinti sahəsində işlər davam edir
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə
Silahlı qarşıdurma arxa plana keçəcəkmi?
Livan terror təşkilatı ilə tam bacara bilmir
Livandan dünəndən razıdır
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Qəzzaya humanitar yük aparan avtobusa hücum nəticəsində 5 nəfər həlak oldu, xeyli yaralı var
Biz kimi dəstəkləməliyik: Netanyahunu, yoxsa Qretanı?
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
Terror təşkilatının cənub strukturunun 80 faizinin dağıdıldığı bildirilir
Livan “Hizbullah”ı “qanunsuz silahlı təşkilat” adlandırdı
Səudiyyə Ərəbistanı “alkoqol qadağasının ləğv ediləcəyi” iddialarını rədd edir
Livanın baş naziri Saad Həriri deyib ki, o, özünü qorumaq üçün istefa verib və «bir neçə günə» vətənə qayıdacaq. Ər-Riyadda olan Həriri «Future TV» televiziya kanalına bildirib ki, o sərbəstdir, azad hərəkət edir və «tez bir zamanda Livana qayıdacaq».
Livan prezidenti və digərləri bildiriblər ki, Həriri Səudiyyə paytaxtında iradəsinə zidd olaraq saxlanılır.
Saad Həriri ötən həftə istefa verəndən sonra ilk dəfədir ki, müsahibə verib.
Həririnin sözlərinə görə, onun həyatına təhlükə yaranıb, lakin bu məsələyə o, aydınlıq gətirməyib.
«Mən istefa vermişəm. Tez bir vaxtda Livana gəlib konstitusiya qaydasına uyğun istefamı rəsmiləşdirəcəyəm», - o, müsahibəsində bildirib.
O, etiraf edib ki, onun öz istefasını formal qaydalara uyğun olmayıb, lakin deyib ki, ölkəsinə «pozitiv şok» vermək niyyətində olub.
Iran və onun Livandakı müttəfiqi Hizbullah terror təşkilatı Səudiyyə Ərəbistanını Baş nazir Həririni girov saxlamqda ittiham ediblər.
Lakin Həriri təkid edir ki, o, sərbəst və azaddır, azad hərəkət edə bilir.
Livan prezidenti Mişel Aun rəsmi olaraq Həririnin istefasını qəbul etməyib.
«Baş nazir Saad Həririnin hansı şəraitdə olduğunu bürüyən qaranlıq ona dəlalət edir ki, onun dedikləri və ya onun adından deyilənlər həqiqəti əks etdirmir», - prezident Aun bildirib.