

Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Bakıdan yığdıqlarını rayonda necə əmlaka çevirib...
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
İki kabinetli yeznə əldən gedir; Namiq Quliyevin oğlunun «CASPEL» şirkəti milyonları necə mənimsəyib?
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Binəqədinin icra başçısını sabiq rektor Elşad Abdullayevlə birləşdirən səbəblər
Fazil Məmmədovun ətrafında müəmma - işdən çıxarılmasında etimad göstərdiyi adamların rolu olub?
Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
Xaləddin İsgəndərov, Ramiz Yediyarov, Alimpaşa Məmmədov və Rəcəb Babaşovun yuxusu ərşə çəkilib...
Vergi orqanlarında dəyişiklik gözləntisi
Dekabrın 5-də prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edərək onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib. Yeni təyinat Vergilər Nazirliyində ciddi islahatların başlayacağına işarədir. Ölkənin sahibkarlıq sektoru bu islahatları çoxdan gözləyir, cəmiyyət isə nazirliyin sahibkarlar qarşısında yaratdığı süni əngəllərin ölkəyə nəyə başa gəldiyini artıq neçə müddətdir izləyir.
Son illər Azərbaycan prezidentinin çıxışlarının ana xəttini ölkədə sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılmasının vacibliyi təşkil edir. Dövlət başçısı bununla bağlı bir neçə sərəncam imzalayıb, sahibkarlıq subyektlərində əsassız yoxlamaların dayandırılmasını tələb edib, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi üçün «bir pəncərə» sistemi tətbiq olunub.
Prezidentin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması nəticəsində sahibkarlar üçün yaradılan süni əngəllərin əksəriyyəti aradan qaldırılsa da, problem mahiyyətcə dəyişməyib. Səbəb qanunvericilik bazası ilə deyil, insan faktoru ilə bağlıdır. Yəni verilən göstərişlərə rəğmən, xüsusilə də vergi orqanlarının sahibkarları sıxışdırması, min bir bəhanə ilə onların fəaliyyətinə mane olması günümüzün reallığıdır. Bu reallığı görmək üçün sosial şəbəkələrin, medianın monitorinqini aparmaq kifayətdir. Çox güman ki, Fazil Məmmədovun işdən çıxarılması da ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılan süni əngəllərlə bağlıdır.
Sual olunur, dövlət başçısı ölkədə sahibkarlığın inkişafında maraqlı deyilsə, yoxlamaların dayandırılması, «bir pəncərə» sisteminin tətbiqi, çoxistiqamətli subsidiyaların verilməsi barədə sərəncamları niyə imzalayır? Demək ki, dövlət bu işdə maraqlıdır, sadəcə prosesin effektini aşağı salan insan faktorudur. Sahibkarlıq fəaliyyəti iqtisadiyyatının onurğa sütunudur, bu sahə nə qədər çox inkişaf etsə, dövlətin onurğa sütunu bir o qədər sağlam olar. Prezidentin son sərəncamları göstərdi ki, Vergilər Nazirliyinin fəaliyyətində neqativ halları aradan qaldırmaq, nazirliyi sahibkarlığa mane olan deyil, sağlam rəqabət mühitinin inkişafına yardım göstərən quruma çevirmək zərurəti yaranıb. Qısası, Vergilər Nazirliyində ciddi islahatlara ehtiyac var, bu ehtiyac çoxdan hiss olunur, dövlət başçısı da islahatların aparılmasını məhz islahatçı anlayışı olan şəxsə tapşırmaqla problemin həllində nə qədər maraqlı olduğunu bir daha göstərdi.
Niyə Mikayıl Cabbarov? Uğurlu təyinat olub-olmadığını sözlə ifadə etməyə ehtiyac yoxdur, yeni nazir bu sualın cavabını öz fəaliyyəti ilə verəcək. Seçim zamanı güman ki, Mikayıl Cabbarovun islahatlar həyata keçirmək qabiliyyəti əsas götürülüb.
Cabbarovun fəaliyyəti dövründə təhsil sektorunda bütün problemlər aradan qalxıbmı? Bunu iddia etmək və nazir işlədiyi 4 il ərzində bütün problemlərin həllini gözləmək yanlışlıq olardı. Amma təhsil sahəsində islahatlar aparıldığını heç kəs inkar edə bilməz, təhsil sektoru ötən dövrlər ərzində xeyli islahatlar aparılan sahə olub. Ona görə də bu şəxsin son dərəcə ciddi islahatlara ehtiyac duyulan vergilər sektoruna rəhbər təyin olunması təəccüblü deyil, məntiqlidir.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək