vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
17:01 | 15 fevral 2019 | Cümə Məqaləyə 2516 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yığmamızın heyəti açıqlandı

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun adı yoxdur!

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində kişilər və qadınlar arasında şahmat üzrə komandaların Dünya Çempionatları start götürəcək. Bu gün, mundialda iştirak edəcək kişilərdən ibarət yığma komandamızın heyəti açıqlanıb.

Yığma komandamız Dünya Çempionatına heç də optimal heyyətlə yollanmaycaq. Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ökəmizi dünya çempionatında kapitan Cahangir Ağarəhimovun rəhbərliyi altında Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edəcəklər. Son illər yığmamızın əsas heyyət oyunçuları sayılan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə FIDE-nin "Qran-Pri" seriyasına hazırlıqları ilə əlaqədar olaraq yarışda iştirak etməyəcəkləri açıqlanıb. Qeyd edək ki, yığmamızdan əlavə, kişilərin yarışında ABŞ, Rusiya, Çin, İran, Misir, Polşa, İngiltərə, Hindistan və ev sahibi Qazaxıstan yığmaları mübarizə aparacaqlar.