vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ARAŞDIRMA  
Bu gün həyatınızın ən qısa günü ola bilər 08:26 | 9 iyul 2025 | Çərşənbə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu gün həyatınızın ən qısa günü ola bilər

Yer əvvəlki günlərə baxanda sürətlə fırlanacaq

MEHİN

Alimlər xəbərdarlıq ediblər ki, 9 iyul çərşənbə günü Yerin fırlanma sürətinin artması səbəbindən “həyatınızın ən qısa günü” ola bilər. Son tədqiqatlar müəyyən edib ki, iyulun 9-u, 22-i və avqustun 5-i günlər normadan 1,3-1,51 millisaniyə qısa olacaq.

Bu, son illərdə Yerin fırlanma sürətinin artması ilə bağlıdır. Alimlər bu hadisəni 2020 və 2022-ci illərdə atom saatları ilə müşahidə ediblər.

Atom saatları, atomların titrəyişlərini ölçməklə vaxtı son dərəcə dəqiqliklə izləyən cihazlardır.

Yerin sürətlənməsinin səbəbi hələ məlum olmasa da; Atmosferin dəyişməsi, buzlaqların əriməsi, Yerin nüvəsindəki aktivlik və maqnit sahəsinin zəifləməsi kimi amillərin bu prosesi gücnəndirdiyi düşünülür.

Normalda Yer bir tam fırlanmasını 24 saata, yəni tam olaraq 86.400 saniyəyə tamamlayır. Buna “günəş günü” deyilir.

İndiyə qədər qeydə alınan ən qısa gün 2024-cü il iyulun 5-i olub. Həmin gün Yer kürəsi normadan 1,66 millisaniyə tez fırlandı.

Bu cür millisaniyəlik fərqlər əhəmiyyətsiz görünsə də, araşdırmalar göstərir ki, onlar peyk sistemlərindən tutmuş GPS dəqiqliyinə qədər çoxsaylı texnologiyalara təsir edə bilər. Hətta vaxtın ölçülməsinin özü də təsirlənə bilər.

Əslində Yerin fırlanması heç vaxt mükəmməl olmur; bəzən bir neçə millisaniyə sürətlənir və ya yavaşlayır.

***

Ancaq elm adamları bu kiçik dəyişiklikləri yalnız 1970-ci illərdə qeydə almağa başladılar.

London Universitetinin astrofiziki Qrem Cons ABŞ Hərbi Dəniz Rəsədxanasının və beynəlxalq Yer orbit xidmətlərinin məlumatlarından istifadə edərək Yerin fırlanma sürətinin ən müasir hesablamalarını yaratdı.

Bu məlumat günün uzunluğunu (LOD), Yerin bir fırlanmanı tamamlaması üçün lazım olan vaxtı millisaniyə dəqiqliyinə qədər ölçür.

***

Belə kiçik fərqlər belə əhəmiyyətlidir. GPS, mobil telefon şəbəkələri və maliyyə sistemləri saniyəlik dəqiqliyə əsaslanır. Bu cür sapma texniki nasazlıqlara səbəb ola bilər.

Yer əslində 2020-ci ilə qədər yavaşlayırdı. Bunun səbəbi Ayın cazibə qüvvəsinin planetimizi yavaşlatması idi. Bu təsir günün uzunluğunu tədricən 24 saata çatdırdı.

Yer hazırda Koordinasiya edilmiş Universal Saatdan (UTC) istifadə edərək vaxtı saxlayır. Zaman-zaman bu sistem Yerin fırlanmasında kiçik sapmaları kompensasiya etmək üçün “sıçrayış saniyəsi” əlavə edir.

Bununla belə, əgər Yer bu sürətlə fırlanmağa davam edərsə, bu, tarixdə ilk dəfə bir saniyənin – “mənfi sıçrayış saniyəsinin” çıxarılması ola bilər. Bu, əvvəllər heç vaxt baş verməyib.