“Tesla” 13 min avtomobili geri çağırır
Batareyada tapılan qüsur qəza riskini artırır
23:21 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 286 dəfə baxılıb
Şriftin ölçüsü
Batareyada tapılan qüsur qəza riskini artırır
Çin şirkəti təhlükəsizlik və batareya riskləri səbəbilə bu addımı atıb
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Qərb və yəhudi bankirlər, yoxsa ...
Ekspertlər siyasəti günahlandırır
Özü dünya turuna çıxıb
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
2026-cı ildə kiçik elektrikli avtomobil seriyası bazara çıxacaq
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb
Əyalətlərdə artan maşın sayı böyük şəhərlərdə azalıb
Almaniya polisi şahid axtarır
AB üzvü olan bir ölkədə sürət həddi artırılır
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
Türkiyədə qeydə alınan avtomobil sayında “Renault” və boz rəng üstünlük təşkil edib
Fransada minlərlə “Mercedes-Benz” modeli geri çağırılır. Səbəb isə təhlükəli texniki nasazlıqlardır. Ölkədəki istehlak təhlükəsizliyi platforması “RappelConso”, 4 iyul 2025-ci il tarixində “Mercedes” markalı bir sıra modellərlə bağlı iki fərqli texniki problem səbəbilə geri çağırmağa başladığını açıqlayıb.
Birinci problem – əyləc borularında nasazlıq
2024-cü ilin 27 fevral – 14 mart tarixləri arasında istehsal edilən “A” və “CLA” seriyası avtomobillərdə arxa ox hissəsində yerləşən əyləc borularının uzunluğu standartlara uyğun deyil. Boruların, avtomobilin digər hissələri ilə təması nəticəsində aşınma və əyləc mayesi sızması baş verə bilər.
Bu nasazlıq, avtomobilin əyləc sisteminin qismən sıradan çıxması və qəza riski ilə nəticələnə bilər.
İkinci problem – elektrik qutusu və yanğın təhlükəsi
Geri çağırılmaya səbəb olan ikinci texniki qüsur daha geniş model siyahısını əhatə edir. 2023-cü ilin yanvar–oktyabr ayları arasında satılmış aşağıdakı modellər elektrik sistemindəki ciddi nasazlıqlar səbəbilə təhlükə altındadır:
“Mercedes C” sinfi
“Mercedes CLE”
“Mercedes E” sinfi
“Mercedes EQE” və “EQE SUV”
“Mercedes EQS”
“Mercedes GLC”
“Mercedes S” sinfi
Bu modellərdəki elektrik qutusunda istehsal xətası mövcuddur. Nəticədə, yanlış elektrik və bağlantı səhvləri səbəbilə avtomobildə ani elektrik kəsintisi, yanğın riski və ya sürmə zamanı mühərrikin dayanması mümkündür.
Avtomobil sahiblərinə çağırış
Fransadakı “Mercedes” sahibləri vaxt itirmədən rəsmi diler və servis mərkəzlərinə müraciət etməlidirlər. Nasaz hissələr ödənişsiz şəkildə dəyişdiriləcək.