
Saxta arayışı böhranı
Fransada şirkətlər xüsusi detektiv tutur
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransada ifrat sağçı partiyanın lideri Marin Le Pen dövlət vəsaitlərini sui-istifadə etməkdə təqsirli bilindikdən sonra mart ayında aldığı beş illik siyasi qadağa qərarını dərhal qüvvəyə minməsi tələbini Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verib. Prokurorluq bildirir ki, sözügedən korrupsiya bir neçə milyon avroya başa gəlib.
Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu cəzanın iki ili qəti cəza olsa da, elektron qolbaqla ev dustaqlığına çevrilə bildiyi üçün onun birbaşa həbsxanaya getməsi gözlənilmir. O, həmçinin 100 min avro cərimə olunub.
Bununla belə, ən mübahisəli qərar hakimin Le Penin beş il müddətinə dövlət vəzifəsində işləməsinə qadağa qoyulması və dərhal qüvvəyə minməsi ilə bağlı qərarı oldu.
Qərardan şikayət edəcəyini açıqlayan Le Pen cəzanı "siyasi" və "ədalətsiz" adlandırıb. O, qadağanın dərhal həyata keçirilməsinin "anti-demokratik" olduğunu söyləyib. Qadağa hazırda Le Penin 2027-ci il prezident seçkilərində iştirakına və ya mümkün erkən ümumi seçkilərdə parlament namizədi kimi iştirakına mane olur.
İfrat sağçı Milli Birlik (RN) partiyası açıqlamasında bunun insan hüquqlarının pozulması olduğunu bildirib və Le Penin işində “təqsirsizlik prezumpsiyasına hörmət” etməyə çağırıb.
AB əleyhinə mövqeləri ilə tanınan bir sıra siyasi liderlər də Le Peni dəstəkləyiblər. ABŞ-dan Donald Tramp, Braziliyadan Jair Bolsonaru, İtaliyalı siyasətçi və nazir Matteo Salvini və Hollandiyalı ifrat sağçı anti-türk baxışlı siyasətçi Qirt Wilders kimi adlar Le Penə dəstək mesajları göndəriblər. Macarıstanın Baş naziri Viktor Orban 2015-ci ildə “Charlie Hebdo” jurnalına hücumu nəzərdə tutaraq “Je suis Marine” (“Mən Le Pençiyəm”) mesajını “X”də paylaşıb.
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Le Penin siyasi qadağasının dərhal həyata keçirilməsinin qanuniliyini qiymətləndirmək üçün araşdırmaya başlayacağı gözlənilir.