Qumarbazlar Soçiyə axışır
Kazinoların müştəriləri əsasən Azərbaycan, Ermənistan, Fransa, Belarus və Almaniya vətəndaşlarıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qadağan olunmayanı idarə etmək
İnvestorları cəlb etmək üçün qeyri-standart qərarların alınmasına ehtiyac var
-
«Kazinoların leqallaşmalıdır»
Turizmin inkişafı baxımından yüksək əhəmiyyət kəsb edən 3-4 bölgədə azartlı oyunlara icazə verilə bilər
-
Vətəndaşsan? Bas bayıra!
Azərbaycan pasportu ilə olanlar kazinolara buraxılmasın
-
«Topaz»ın vurduğu qapaz
Qumarın Gənclər və İdman Nazirliyinə nə aidiyyəti var?
-
«Bandotdel» əməliyyat keçirdi
Bakıda qanunsuz qumar oyunları təşkil edən dəstə yaxalandı
-
Bu ilin əvvəllərindən Rusiyanın Soçi şəhərində qumar zonasının açılmasından sonra xarici ölkələrdən, o cümlədən Azərbaycandan qumarbazlar kütləvi şəkildə Soçiyə axışır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, ilin əvvəlindən Soçi kazinolarına yaxın və uzaq xaricdən 62 min nəfər baş çəkib. Soçi administrasiyasının mətbuat xidmətinin bildirdiyinə görə bu şəhərdə kazinoların əsas müştəriləri Azərbaycan, Ermənistan, Fransa, Belarus və Almaniya vətəndaşlarıdır. Lakin bir sıra uzaq xarici ölkələrdən də müştərilərin gəldiyi bildirilir.
Hazırda Soçi kazinosunda poker oyunu üzrə iri beynəlxalq çempionat «PokerStars Championship Sochi» keçirilir və «Soçi Kazino»nun baş meneceri Stüart MakLaflin deyir ki, bu çempionatla əlaqədar xarici ölkələrdən daha çox qumar həvəskarının gələcəyini gözləyirlər.
Xatırladaq ki, Azərbaycandan olan qumarbazlar Tiflis və Batmi kazinolarının da daimi müştəriləridir. Bu yaxınlara qədər isə Azərbaycandan zənginlər əsasən Monakonun kazinolarında əylənməyə üstünlük verirdi. Lakin Monakonun turizm İdarəsinin açıqladığı statistikaya əsasən son bir ildə Azərbaycandan knyazlığa gedən turistlərin sayında iki dəfə azalma baş verib. Qazaxıstan və Rusiyadan olan turistlərin sayında isə artım var.
Kazinoları və dəbdəbəli otelləri, rəngarəng əyləncələri ilə məşhur olan Monako əsasən zəngin təbəqənin nümayəndələrini cəlb edirdi. Lakin belə görünür ki, iqtisadi böhranla əlaqədar Azərbaycandan knyazlığa əylənməyə gedənlərin sayında azalma var, əvəzində Soçi kazionlarına axım başlayıb.