
18 illik həsrətə son
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Şaxta baba kostyumu geyinib və uşaqları kəmərlə döyüb
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
6 yaşlı uşağı qaçırıb, sonra televiziyaya çıxıb kömək
“Ölüm hökmünüz artıq imzalanıb”
Avropa ölkəsində hər iki gəncdən biri internetdə cinsi istismara məruz qalır
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika
2050-ci ilə qədər dünyada uşaq sağlığını təhdid edən təhlükə
Uşaqlar və yeniyetmələr həmişəkindən daha məşğuldurlar. Lakin nevroloqlar və psixoloqlar deyirlər ki, uşaqlara davamlı olaraq, hətta yay tətilləri zamanı, dərs və məşğələləri təşviq etmək onlar üçün yaxşı deyil.
Uşaqların uğurlu olması və çətinlikləri aşa bilməsi psixoloq Lia Uoters uzun zamandır ki, araşdırdığı mövzudur. Yazdığı «The Strength Switch» kitabında o iddia edir ki, valideynlər uşaqların zəif cəhətlərini düzəltmək əvəzinə, güclü xüsusiyyətlərinin üzərində işləməlidirlər.
«Əgər siz, uşağınızın çatışmazlıqları, yanlış hesab etdiyiniz və düzəldilməsinə ehtiyac duyduğunuz xüsusiyyətlərinə daha çox diqqət yetirsəniz, əldə edə biləcəyiniz ən yaxşı nəticə onu zəifllikdən çıxarıb, ortabab biri etmək olacaq. Amma uşağınızın yaxşı bacardığı xüsusiyyətlərinə diqqət yetirsəniz, onun güclü cəhətlərini daha da inkişaf etdirməyə kömək etsəniz, onun tam potensialını reallaşdırmaq imkanı daha çox olacaq».
Bununla bərabər, Uoters narahatlıqla bildirir ki, valideynlər bəzən uşaqların gələcəkdə uğurlu bir insan olmaları üçün onların üzərinə həddindən artıq yük qoyurlar: «Çoxlu repititorlar və dərsdənkənar məşğələlər, uşağın güclü bir şəxs kimi formalaşmasına kömək olduğu hesab edilir. Bu fikirdə, təbii ki, həqiqət var. Amma, bu həmişə həqiqət deyil».
Nəticədə uşağın cədvəli dolur və beyni daimi olaraq öyrənmə, məlumat toplama və çalışmalarla məşğul olur: «Doğrudur, məşğələlər bizi gücləndirir. Amma, istirahət də bizim güclənməyimiz üçün eyni şəkildə əhəmiyyətlidir».
Uoters deyir ki, maşınların tez-tez söndürülməsinə ehtiyacları olduğu kimi, uşaqların da beyinlərini «söndürülməsinə» ehtiyacları var.