
“Bizə dəyməyin, dəyməyin”
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
Baş yepiskop həbs olundu
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
Ermənistan Qərbə niyə yaxınlaşır?
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Ermənistan illərlə onu müdafiə edən, yedizdirən, ayaqda tutan rejimi satdı
Ermənistandakı hadisələr Qərb mətbuatında Putinin növbəti məğlubiyyətlərindən biri kimi səciyyələndirilir. Bunu dünya qəzetlərində çıxan rəy və icmallardan görmək mümkündür.
“Ermənistan prezidenti Serj Sərkisyan Putinin sadiq müştərisi olub. Lakin o, hakimiyyət dəyişikliyində klassik Putin manevrini həyata keçirdiyi zaman vətəndaşların qəzəbini düzgün qiymətləndirmədi”, - “The Washington Post” qəzeti yazır.
“Serj Sərkisyanın gedişinin Ermənistanda həqiqətən nələrinsə dəyişdirəcəyinə və onun Ruisya ilə kölə mövqeyi ilə bağlı dəyişiklik yaradacağını indidən söyləmək çətindir. Lakin xalq üsyanının Putinin avtoritar sisteminə vurduğu zərbə aşkardır”, - yazıda qeyd olunub.
Məqalə müəllifi V.Putinin Serj Sərksiyanın yerinə keçəcək istənilən baş naziri küncə sıxışdıracağına şübhə etmir. “Bəlkə də bu ermənilərin bandit, korrupsiyalaşmış və iqtisadi cəhətdən iflasa məhkum olan bir modelə, yəni putinizmə müqavimətini daha da artırar”.
“The Wall Street Journal”dan Tomas Qrouv Serj Sərkisyanın istefasını keçmiş sovet respublikalarında vətəndaş etirazlarının nadir qələbələrindən biri hesab edir.
“Moskva üçün ən əsas aksiyalarda Ermənistanın geopolitik kursunun mübahisələndirilməməsidir. Hələ ki Rusiya strateji “arxa qapısı” hesab etdiyi regiondakı hadisələrə gözlənilməz halda sakit reaksiya verir”, - məqalədə qeyd olunur.
“Rusiya və ona bağlı erməni biznesi Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsinə nəzarət edir və bu səbəbdən Serj Sərkisyanın istefası çətin ki, xarici siyasi kursunda ciddi dəyişiklik yaratsın”, - Tomas Qrouv proqnozlaşdırır.
“Carnegie Endowment for International Peace” analitik mərkəzindən Tomas de Vaal “Foreign Policy” jurnalı üçün yazdığı yazıda Sərkisyanın yıxılmasının geopolitika ilə əlaqəsinin olmadığını qeyd edir.
“Ermənistandakı hadisələr postsovet ölkələrindəki rejimlərin deyilən qədər möhkəm olmadığını, habelə xarıcdən hər hansı bir təkan olmadan yıxıla biləcəyini göstərir”, - müəllif iddia edir.
“23 aprel hadisələri yalnız bir adamın istefası ilə bağlı deyil. Bu 20 il ərzində formalaşmış, biznes və siyasətin bir-birinə qarışdığı, Qarabağ münaqişəsinin cinayətkar ünsürlərinin və veteranlarının ölkə iqtisadiyyatının gəlirli sahələrini öz əlinə keçirməsinə şərait yaradan sistemin doğurduğu situasiyadır”, - de Vaal belə bir nəticəyə gəlir.
“The Daily Beast” saytının icmalçısı Anna Nemtsova isə Serj Sərksiyanın tipik postsovet avtoritar lider olduğunu qeyd edərək, onun başına gələnləri digər MDB ölkələri üçün nümunə hesab edir.
“Bizim olduqca sadə gündəmimiz olub. Biz sadəcə Serj Sərkisyanı devirməyi düşündük. Heç kim Moskva haqqında fikirləşməyib. Ermənilər Ermənistandakı siyasətə, Sərkisyana etiraz ediblər”, - müəllif erməni politoloqu Artur Paronyandan rəy alıb. Paronyanın fikrincə, Kremlin hadisələrə qarışmamasında əsas səbəb onun Ukraynadakı hadisələrin təkrarlanacağı qorxusu ilə bağlıdır.
Kremlə yaxın politoloq Sergey Markov isə ənənəvi olaraq rusların başına gələn bütün bəlaların baiskarı olaraq gördüyü Corc Sorosu günahlandırıb. Onun sözlərinə görə, Ermənistandakı inqilab Moskvanı şoka salıb. “Belə bir mühüm hadisə bizim telekanallar tərəfindən olduqca sönük göstərildi, ona görə ki Moskvada hələ ki necə reaksiya verəcəklərini bilmirlər”, - Markov bildirib.