
“G7”dən Kremlə növbəti həmlə
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampdan Avropaya çağırış
Moskvada Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başa çatdı. Bu iki lider arasında bir il ərzində 26-cı (?!) görüş idi, yəni aya 2 görüşdən çox düşür, (daha dəqiq 2 həftədə bir dəfə) . İki ölkə tarixində ilk yaşanır.
Liderlər Suriyanı müzakirə etdilər. Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində Ərdoğan və Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, hər iki problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib, nə də ki, Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var. Digər tərəfdən Putin Ərdoğandan fərqli olaraq YPG və PYD-ni terrorçu təşkilatlar saymır, onları "kürd qruplar" adlandırır. Demək, Putin gələcəkdə onlarla ittifaq qura biləcəyini də istisna etmir.
Buna baxmayaraq, Ərdoğan və Putin dostluqlarını davam etdirirlər. Çünki, ABŞ hər ikisinə qənim kəsilib. Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə. Əslində Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Ərdoğanla dostluqdan qopmaq istəmir. Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər – ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, “türk axını” layihəsi və C-400 anlaşması var.