Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
16:30 | 9 fevral 2019 | Şənbə
Məqaləyə 2574 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
Səudiyyəli jurnalist Camal Xaşuqci öldürülməzdən bir il öncə vəliəhd şahzadə Məhəmməd bin Salman yardımçısına deyib ki, əgər jurnalist ölkəyə geri dönməsə və hökuməti tənqid etməyə son qoymasa, o, Xaşuqcini güllə ilə vuracaq.
“Amerikanın Səsi” bildirir ki, bu barədə “New York Times” qəzeti bugünkü sayında məlumat yayıb. Qəzet kəşfiyyat hesabatlarından xəbərdar olan ABŞ və xarici rəsmilərə istinadən bildirib ki, vəliəhd şahzadə yardımçısına bu sözləri Xaşuqci ötən oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülmədən çox öncə, 2017-ci ildə söyləyib. Qəzetdə şahzadənin danışığının Amerikanın kəşfiyyat idarələrinin əlinə keçdiyi qeyd edilib.
ABŞ-ın kəşfiyyat təhlilçiləri “güllə” sözünə metaforik məna verib. Yəni onlar vəliəhd şahzadənin Xaşuqcinin mütləq güllələnməsini istəmədiyini söyləyib. Lakin deyib ki, bu, şahzadənin Xaşuqcini ölkəyə geri dönmədiyi təqdirdə öldürmək niyyətində olduğuna işarə edib. İlk olaraq Xaşuqcinin yoxa çıxması ilə bağlı hər hansı məlumata sahib olduğunu inkar edən Ər-Riyad daha sonra ziddiyətli açıqlamalar verib və o zamandan bəri şahzadənin onun ölümündə əli olmadığını təkid edir.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin nümayəndələri, Mərkəzi Kəşfiyyat Agentliyi və Milli Təhlükəsizlik idarəsi “Reuters”in “New York Times”da dərc olunan xəbərlə bağli şərh vermək tələbinə cavab verməyiblər. ABŞ kəşfiyyat agentlikləri cəsədi hissələrə bölünən Xaşuqcinin qətl əməliyyatına vəliəhd şahzadənin göstəriş verdiyinə inanır. Birləşmiş Ştatlar jurnalistin qətlində əli olan 17 səudiyyə rəsmisinə sanksiyalar tətbiq edib. Lakin ABŞ prezidenti Donald Tramp vəliəhd şahzadənin yanında olduğunu söyləyib. Xaşuqcinin qətlini təhqiq edən Birləşmiş Millətlər Təşkilatının insan haqları müstəntiqi Türkiyədə bir həftəlik səfərdədir və onun cümə axşamı İstanbulun baş prokuroru ilə görüşəcəyi gözlənilir.
ABŞ-ın başçılığı ilə Xaşuqcinin qətli ilə bağlı aparılan istintaq cümə axşamı amansız qətlin səudiyyə rəsmiləri tərəfindən planlaşdırıldığını və yerinə yetirildiyinə dair dəlilin olduğunu bildirib.